Icma.az
close
up
RU
Günəşdə maraqlı görüntülər qeydə alındı: Yerin diametrindən 70 dəfə böyük iki nəhəng kütlə ayrılıb

Günəşdə maraqlı görüntülər qeydə alındı: Yerin diametrindən 70 dəfə böyük iki nəhəng kütlə ayrılıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gecə Günəş tutulması ilə eyni vaxtda Günəşdən iki nəhəng protuberans (Günəşin səthində - xromosferdə qırmızı rəngli nəhəng qızmar qaz kütləsi çıxıntısıdır - red.) ayrılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib və müvafiq görüntüləri dərc edib.

Hadisə Günəşi müşahidə edən bir neçə kosmik gəmi tərəfindən qeydə alınıb.

Məlumata görə, hadisə sentyabrın 21-də, Bakı vaxtı ilə təxminən saat 23:30-da baş verib ki, bu zaman Günəş tutulması maksimum fazasında olub və bunu Yerin cənub yarımkürəsindən görmək mümkün olub.

Yayımlanan kadrlarda Günəşdən, demək olar ki, eyni vaxtda ayrılan iki protuberansı izləmək olar.

Alimlər ikiqat atılmanı nadir və gözəl hadisə adlandırıblar.

Həmçinin qeyd edildiyinə görə, hər bir protuberansın ölçüsü təxminən bir milyon kilometr olub ki, bu da Yerin diametrindən, təqribən, 70 dəfə böyükdür.

Laboratoriyanın açıqlamasına görə, bu hadisə Günəşin aktivliyinin ümumi azalmasına baxmayaraq, nəhəng enerji ehtiyatlarının da saxlandığını təsdiqləyir.

Günəşdə maraqlı görüntülər qeydə alındı: Yerin diametrindən 70 dəfə böyük iki nəhəng kütlə ayrılıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see154

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri