Icma.az
close
up
RU
“Vaxt yetişib“: İsraildən dünyadakı yəhudilərə çağırış İsrail mətbuatı

“Vaxt yetişib“: İsraildən dünyadakı yəhudilərə çağırış İsrail mətbuatı

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qlobal antisemitiz fonunda Təl-Əvivdən diaspora yəhudilərinə açıq müraciət..."

21 dekabr axşamı Rişon-le-Sion şəhərində keçirilən xanuka mərasimində İsrailin xarici işlər naziri Gideon Saar dünyadakı yəhudilərə müraciət edib. 

Moderator.az xəbər verir ki, bu barədə "jewish.ru" nəşri yazıb.

Knesset üzvlərinin və yüzlərlə iştirakçının qatıldığı tədbirdə o, artan antisemit hücumlar fonunda diaspora yəhudilərini İsrailə qayıtmağa çağırıb. Nazir bildirib ki, yəhudilərin hər yerdə təhlükəsiz yaşamaq hüququ olsa da, son hadisələr bu hüququn bir çox ölkədə pozulduğunu göstərir.

Onun sözlərinə görə, İsrail son bir ildə qlobal antisemitizmlə mübarizəni prioritetə çevirib, lakin beynəlxalq səviyyədə real dəstək zəif olub. Saar xüsusilə İngiltərə, Fransa, Avstraliya, Kanada və Belçikadakı yəhudilərə səslənərək İsraili "yəhudi xalqının əsl evi" adlandırıb və vurğulayıb: "Uşaqlarınızı qorxu mühitində böyütməyin. Vaxt yetişib".

"Mossad"dan xəbərdarlıq

İsrailin "Mossad" xarici kəşfiyyat xidməti dünya ölkələrini Xanuka tədbirləri zamanı təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb. Xüsusilə Avropada antisemitizmin geniş yayılması fonunda kütləvi tədbirlərin terror üçün asan hədəfə çevrildiyi bildirilir. Xəbərdarlıq ötən həftə Sidneyin Bondi-Biç çimərliyində Xanuka tədbiri zamanı baş verən terror aktı ilə əlaqələndirilir. Hücum nəticəsində 15 nəfər həlak olub, onlarla insan yaralanıb.

Sidney hücumu və siyasi reaksiyalar

İsrailin baş naziri Benyamin Netanyahu Sidney terrorundan sonra Avstraliya hökumətini tənqid edib. O, Fələstin dövlətinin tanınmasının antisemitizmi təşviq etdiyini və terrorçulara legitimlik verdiyini bildirib. Netanyahuya görə, terror ocaqlarına qarşı qəti addımlar atılmadıqca bu cür hücumların təkrarlanması qaçılmazdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri