Icma.az
close
up
RU
Günlük kirayə ev götürənlər diqqətli olsun Sonradan bu problem yaşanır

Günlük kirayə ev götürənlər diqqətli olsun Sonradan bu problem yaşanır

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qəbələnin Vəndam kəndində 3 günlük ev kirayələdik. Axşamdan su kəsildi səhərə qədər, səhər 3-4 qab yuyan kimi yenə kəsildi. Sonra 1 saat gözlədik ki, su dolsun. Ondan sonra işıqlar söndü-yandı. Kəndin işıqları da zəif, kondisioner işləyə bilmir. Hovuz təmiz idi, amma xlor üzgüçülük hovuzlarından belə qat-qat çox tökülmüşdü, suda göz açmaq mümkün olmurdu. 800 manat pul verdik, göstərdikləri xidmət heç nə”.

Bu sözləri bir müştəri sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, son illər günlük kirayə verilən mənzillərə tələbat artıb. Xüsusilə istirahət və səyahət məqsədilə şəhər dəyişən şəxslər hotellərə alternativ olaraq bu mənzillərə üstünlük verirlər.

Lakin sosial şəbəkələrdə günlük kirayə verilən mənzillərlə bağlı müxtəlif şikayətlərə də rast gəlinir.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, günlük kirayə ev götürərkən evin kommunal təminatı və elanda göstərilən şəraitinin reallığa uyğun olub-olmaması əvvəlcədən yoxlanılmalıdır:

"Digər tərəfdən, həmin günlük evlərin su, qaz, işıqla təminatı, elanda və sosial şəbəkələrdə göstərilən imkanlara və şəraitə malik olub-olmaması həmin şəxsin, yəni evi götürənin və yaxud ortada vasitəçilik edən rieltorun aydınlaşdırması borcudur. Çünki həmin evin şəraiti ilk növbədə qiymətə təsir edən nüanslardır. Qiymətin formalaşmasında günlük evlərin mövcud durumunun, onların xidmət səviyyəsinin və şəraitinin çox böyük rolu var”.

O, həmçinin bildirib ki, günlük kirayə evlərin qiyməti tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunur:

"Günlük evlərin kirayə qiymətləri tərəflərin razılığı ilə müəyyən olunur. Hər bir ev sahibinin özünün günlük evin, kirayə evin qiymətini müəyyən etmək hüququ vardır. Qanunda bununla bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Qiymət əsasən bazardan müəyyən olunur və bazar özü istənilən kirayə qiymətlərini tənzimləmək imkanlarına malikdir. O baxımdan burada hər hansı dövlət müdaxiləsi nəzərdə tutulmur və dövlət müdaxiləsi, təbii ki, sərbəst bazar iqtisadiyyatında uyğun görülmür”. 

Ekspert qeyd edib ki, kirayə münasibətlərinin rəsmi şəkildə rəsmiləşdirilməsi sonradan yarana biləcək problemlərin qarşısının alınmasında mühüm rol oynayır:

"Hal-hazırda kirayə fəaliyyəti ilə bağlı biznes konkret vergiyə cəlb olunmur və dövlət müvafiq olaraq 2026-cı ildən dəyişiklik həyata keçirmişdir. Həmin dəyişikliyə görə vergilər 14 faizdən 10 faizə endirilmişdir ki, bu da vətəndaşların bu istiqamətdə fəaliyyət göstərdiyi zaman dövlət büdcəsinə vergiləri ödəməyə təşviq etmək məqsədi daşıyır. 

lHesab edirəm ki, vətəndaş kirayə evi götürərkən, ilk növbədə bütün prosedurların rəsmi qaydada həyata keçirilməsinə çalışmalıdır. Yəni müqavilə bağlanmalıdır ki, həmin müqavilədə günlük evin hansı şəraitdə olması, hansı xidmətləri təqdim etmək imkanının mövcudluğu xüsusilə qeyd olunmalıdır. Əgər həmin müqavilədə göstərilən nüanslar faktiki olaraq mövcud deyilsə, vətəndaşın hüququ var ki, müqavilədə göstərilən nüanslar olmadığı üçün qarşı tərəfdən müvafiq ödənişin bir hissəsini tələb etsin və yaxud məhkəmə qaydasında müqavilənin şərtlərinə əməl edilməməsinə görə qarşı tərəfin cavab verməsini tələb etsin. O baxımdan bizim tövsiyəmiz bütün kirayə və icarə münasibətlərinin rəsmi qaydada həyata keçirilməsini təmin etmək, müqavilə ilə bu münasibətləri təsdiq etmək və qanunvericilik olaraq həmin münasibətlərdən əldə olunan gəlirdən dövlətin müvafiq vergilərini verməkdir. Əgər bütün məsələlər normal qaydada həyata keçirilərsə, sonradan sosial şəbəkələrdə gördüyün elanlarda mövcud olan şərtlərin realda olmaması ilə qarşılaşan vətəndaşlar hər hansı bir çətinliyə, hər hansı bir məhrumluğa qapılmaz və təbii ki, müqavilə insanların hər iki tərəfin hüquqlarını müdafiə etmək üçün yeganə vasitədir”.

Fəridə Əsədzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Avqust 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri