Icma.az
close
up
RU
GÜNÜN QOROSKOPU: Münasibətləri möhkəmləndirin...

GÜNÜN QOROSKOPU: Münasibətləri möhkəmləndirin...

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bakıvaxtı.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil. Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə qatılmayın.

Günün ikinci yarısında istək və niyyətlərinizin əsiri olmayın. Mənfi təmayüllərin təsiri güclənsə də, sakit şəraitə can atın. Ünsiyyəti məhdudlaşdırın, müstəqil işləyin. Sevdiiyniz insanla təmaslarda aqressiv olmayın.

Axşam saatlarına yaxın belinizdə və oynaqlarınızda ağrılar hiss edə bilərsiniz.

Buğa - inadkar və qətiyyətli olun. Günün mənfi təsirlərini azaltmağa yönəlmiş addımlar atın. İşgüzar tərəfdaşlarla təmaslarda kompromis variant arayın. Mühüm qərarların qəbulunu daha münasib zamana qədər ertələyin.

Günün ikinci yarısında yaxınlarınızdan birindən yaxşı məsləhət alacaqsınız. Sevdiyiniz insanla ünsiyyətdə anlaşılmazlıqlar ola bilər. Axşam saatları üçün nəzərdə tutulmuş romantik görüşü təxirə salın.

Yaşam enerjinizinizin səviyyəsi aşağı düşəcək. Yorğunluq hiss edəcəksiniz.

Əkizlər - taleyüklü, çox önəmli məsələlərlə bağlı qərar verəndə əsla tələsməyin. Çoxsaylı auditoriyanın qarşısında olanda özünüzü itirməyin. Peşəkar fəaliyyət sahəsində ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Karyeranızda irəliləyişlər ola bilər.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin paxıl və ya bədxah olduğunu anlamağa çalışın. Səhhətinizə fikir verin. İstirahəti, axşam saatlarında dincəlməyi unutmayın.

Dəyər verdiyiniz insanların arasında olun.

Xərçəng - passivlik, süstlük işlərə əngəllər yarada bilər. Qüvvələrinizi bərabər, dürüst paylaşdırın. Genişmiqyaslı işə, mürəkkəb layihəyə başlamayın. Uzunmüddətli səfəri təxirə salın. Həllini gözləyən problemi çözün.

Günün ikinci yarısında şəxsi münasibətləri harmonik edin. Yaxınlarınız sizinlə qayğıkeş, səmimi davranacaqlar. Onların dediklərinə qulaq assanız, situasiyadakı dəyişiklikləri anlayacaqsınız. Axşam saatlarında sağlamlıq prosedurlarına başlamaq olar. Mənasız xərclərə yol verməyin.

Şir - ailə üzvlərinin problemlərini həll etmək, yaxınlarınız və dostlarınızla münasibətləri normallaşdırmaq üçün əlverişli zamandır. Tərəfdaşınızla əlaqələri bərpa edin. Müttəfiqlərlə şübhə ilə davranmayın. Əlaqələri intensivləşdirin.

Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi yüksələcək. Çətinliklərin həllində yaradıcı davranın. Uzun müddətdən bəri həllini gözləyən problemi yada salın. Pozitiv fikirləriniz və məhsuldar ideyalarınız durumunuzu yaxşılaşdıra bilər.

Qız - münaqişəli vəziyyəti və mübahisəni sərt qərarla çözməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə soyuqqanlı və təmkinli olmalısınız. İşdə rəhbərliklə danışığı və ya şikayəti təxirə salın.

Günün ikinci yarısı vacib sənədlər, anlaşma və müqavilənin imzalanması üçün yaxşı zamandır. Yeni ideyalar peşəkar inkişafınıza təkan verəcək.

Sevdiklərinizə xüsusi diqqət ayırın. Bəzən kobud davrana bilərlər. Qıcıqlansanız da, əsəblərinizə nəzarət edin. Davranışın səbəbini ayrıd etməyə can atın.

Tərəzi - hadisələrin axarında olun, nələrin baş verdiyini diqqətlə müşahidə edin. Gün ərzində kiçik, amma önəmli işlər görülməlidir. Elektrik əşyası sıradan çıxa bilər. İşdə kobud səhvlərə yol verməyin.

Günün ikinci yarısında prosesləri nəzarətdə saxlayın. Maliyyə problemlərinin həll olunma zamanıdır.

Axşam saatlarında enerjiniz azalacaq, yorulacaqsınız. Pozitiv emosiyalar üçün qohumlarla görüşmək pis deyil.

Əqrəb - günün yaratdığı problemlərin öhdəsindən gəlmək üçün sadə, ənənəvi metodlar işlək deyil. Çoxgedişli strategiya düşünün. Sonucda problemləri həll etməklə yanaşı, özünüz barədə xeyli yeni məqamlar öyrənə bilərsiniz.

Günün ikinci yarısında mövqelərinizi möhkəmləndirmək üçün soyuqqanlı və gülərüz olun. Alış-veriş pis keçməyəcək.

Təklifiniz diplomatik şəkildə səslənərsə, yaxınlarınız tərəfindən dəstəklənəcəksiniz. Axşam saatları relaks, qüvvələrin bərpası zamanıdır. Əzələlərdə ağırlıq hiss edə bilərsiniz.

Oxatan - sakit olun, təmkinli davranın. Gün ərzində stressli situasiyalar yaranacaq. Maliyyə problemləri yaransa da, yaxınlarınızın yardımlarına çox güvənməyin.

Problemlərinizi müstəqil həll etməyə can atın.

Günün ikinci yarısında nəqliyyat vasitəsi almaq fikri yarana bilər. Nağd pul imkanlarınızı sayıq dəyərləndirin, kredit şərtlərini diqqətlə nəzərdən keçirin.

Sevdiyiniz insanlarla münasibətlərinizdəki sərinliyi aradan qaldırın. İti və kəsici alətlərlə ehtiyatlı olun.

Axşam saatlarında normal istirahət edin.
 

Oğlaq - tərəfdaşlar və şəriklərlə münasibətləri aydınlaşdıranda ifrata varmayın. Emosiyalarınıza ciddi nəzarət edin. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. Qıcıqlı olsanız da, irad və tənqidlərə sərt cavab verməyin.

Günün ikinci yarısında köhnə umu-küsülər yada düşə bilər. İradların səbəbini anlayın, kor-koranə müdafiəyə çəkilməyin. Münasibətləri möhkəmləndirin. Axşam saatlarında sevdiyiniz insanı sevindirin. Enerji potensialı orta səviyyədədir.

Dolça - yaşam şərait sizin üçün əlverişlidir. Fəqət, hadisələri tələsdirməyin. Maliyyə məsələlərindən savayı bütün sahələrdə irələləyiş mümkündür. Səyahət və ya ezamiyyət planlaşdırmayın. Qərarlarınızla əməllərinizi təhlil edin. Belədə yaxın gələcəkdə yeni səhvlərin qarşısını ala bilərsiniz.

Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. Çətin vəziyyətdən çıxışda tələsməyin. Düşünüb-daşınandan sonra mövqeyinizi açıqlayın.

Yaxınlarınızdan biri ilə axşam saatlarında gəzintiyə çıxmaq olar. Evə gec qayıtmayın. Qüvvənizi bərpa etməlisiniz.

Balıqlar - adi günlərdən fərqli olaraq bu gün irəliləyiş imkanları az deyil. Danışıqlar aparmaq, görüş keçirmək olar. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Alış-veriş, nəqliyyat vasitəsi və ya bahalı nəsnə almaq üçün əlverişli zamandır.

Günün ikinci yarısında şəxsi münasibətlərdə ziddiyyətli situasiya yarana bilər. Yaxınlarınızdan biri ilə fikir ayrılığı yaranacaq. İradlar və inciklik ola bilər. Münasibətlərin aydınlaşdırılmasını ertələyin.

Axşam saatlarında normal istirahət edin.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Noyabr 2024 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri