Günün Səsi
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan müxalifətin əsas məqsədinin baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan bildirib .
Karapetyan jurnalistlərin müxalifətin “Sona qədər gedin” şüarının mənası ilə bağlı suallarını belə cavablandırıb.
O, həmçinin bildirib ki, artıq bir neçə müxalifət qüvvəsinin liderləri ilə görüşüb və onların bir planı var.
Fraksiya liderinin sözlərinə görə, onun bloku hələlik parlament mandatlarını qəbul edib-etməmək barədə qərar verməyib. Karapetyan qeyd edib ki, hazırda Konstitusiya Məhkəməsindən qərar tələb olunur və məhkəmə parlament seçkilərinin nəticələrinə etiraz edən iddialara baxır.
“Biz gələcək addımları qiymətləndirəcəyik… Paşinyanın tez bir zamanda hakimiyyətdən uzaqlaşdırılmasına imkan verəcək bir yol seçəcəyik”, – deyə Karapetyan bildirib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də başa çatdı. Parlament yerləri uğrunda iki blok və 16 siyasi partiya mübarizə apardı. Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi Partiyası öncül hesab olunurdu. Onun əsas rəqibi Güclü Ermənistan bloku idi.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 İyun 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















