Icma.az
close
up
RU
Günün Səsi

Günün Səsi

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Azərbaycan Mətbuat Şurasında araşdırmaçı-jurnalist Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib. Mərasimdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, deputatlar, tanınmış media orqanlarının rəhbərləri, jurnalistlər iştirak edib.

Gununsesi.info xəbər verir ki, təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid, filologiya elmləri doktoru professor Qulu Məhərrəmli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı kütləvi qətliama məruz qalmış Başlıbel kəndinin tarixi və mədəniyyəti haqqında belə bir kitab yazılmasını çox faydalı və gərəkli iş olduğunu bildiriblər.

Milli Məclisin üzvləri Sevil Mikayılova, Rizvan Nəbiyev və Mircəlil Qasımlı “Başlıbel: yaranışdan işğaladək” kitabının ayrı-ayrı bölmələrində verilən kəndin nəinki quruculuq, həmçinin təhsil, sosial, səhiyyə və mədəni həyatı ilə bağlı mühüm və əhəmiyyətli məsələlərin işıqlandırıldığını qeyd ediblər. Onlar kəndin, rayonun inkişafında xidmətləri olan ayrı-ayrı adamların, zəngin toy adətlərinin, kəndlə bağlı toponimlərin və yaşlı nəslin nümayəndələrinin xatirələrinin verilməsinin kitaba müsbət çalarlar verdiyini önə çəkiblər. Ümumilikdə arxiv sənədləri və kənd ağsaqqallarının, yaşlı sakinlərin xatirələri əsasında hazırlanan kitab Başlıbeli daha yaxından tanımağa, onun keçmişinə, mədəniyyətinə və adət-ənənəsinə bələd olmağa imkan verir.

Əməkdar jurnalistlər Elşən Əliyev, Elşad Eyvazlı, jurnalist Məhəmməd Nərimanoğlu, kitabın redaktoru Süleyman Qaradağlı və başqaları müəllifin kitab üzərindəki yaradıcılıq işini, axtarışlarını xüsusi vurğulayıb və doğma kəndin tarixini araşdırmaq sahəsində uğurlu addım olduğunu diqqətə çatdırıblar.

Tədbirdə Başlıbel faciəsi və doğma torpaqlara qayıdışın ilkin əlamətləri haqqında müəllifin özünün hazırladığı “Qanlı kahanın izi ilə” adlı videoçarx nümayiş olunub. Daha sonra “Başlıbel: yaranışdan işğaladək” kitabı ilə bağlı müzakirələr davam etdirilib. Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu, həmkarları Fərqanə Allahverdiyeva, Məhəmməd Nərimanoğlu və başqaları vəsaitin əhəmiyyətindən söz açaraq nəşrin Başlıbelin timsalında digər kənd və şəhərlərimizin, onların sakinlərinin üzləşdikləri erməni vandallığını əks etdirdiyini, ibrətamiz mahiyyət daşıdığını diqqətə çatdırıblar.

Müəllif Elxan Salahov yenicə işıq üzü görmüş nəşrlə bağlı tədqiqat işlərinə, məlumatların toplanmasına 22 il vaxt sərf etdiyini xatırladıb. O, hələ 2003-cü ildə araşdırmalara başlayarkən bundan əvvəl çap olunmuş “Qanlı kaha” və “Tanrı yoxuşu” kitablarını da “Başlıbel: yaranışdan işğaladək” nəşrinin tərkib hissəsi kimi düşündüyünü xatırladıb: “2003-ci ildə bu işə  başlayanda “Qanlı kaha”, “Tanrı yoxuşu” və indi təqdimatına toplaşdığımız yeni nəşrin hamısını üç fəsildən ibarət vahid bir kitab kimi təsəvvür edirdim. Amma Başlıbel faciəsi ilə bağlı topladığım məlumatları dərindən təhlil edəndən sonra 4 aya qədər ermənilərin mühasirəsində qalıb ölüm-dirim mübarizəsi aparan sakinlərin başına gələnlər, onların 113 gün ərzində yaşadıqları bir kitaba sığa bilməyəcək qədər böyük qəhrəmanlıq salnamələridir. Ona görə də Başlıbeldəki kütləvi qətliamı “Qanlı kaha”da, ernənilərin törətdiyi digər ağır cinayətləri, o cümlədən əsir və girovlara qarşı işgəncə hekayətlərini “Tanrı yoxuşu”nda, kəndin tarixini, mədəniyyətini və 400 illik inkişaf yolunu isə ayrıca nəşrə hazırladım”.

Təqdimat mərasimi belə bir fikirlə yekunlaşıb: “Hər kitab bir abidədir. Müəllif çəkdiyi böyük zəhmət sayəsində doğma kəndinə gözəl bir abidə ucaldıb”.

Xatırladaq ki,  “Başlıbel: yaranışdan işğaladək” kitabını Kəlbəcərin işğalı zamanı əhalisinin bir hissəsinin 4 aya qədər ermənilərdən qorunmaq üçün kahalarda gizli yaşamasına və kütləvi qətliama məruz qalmasına görə Azərbaycanın ən məşhur kəndlərindən birinə çevrilən Başlıbelin 400 illik yol xəritəsi də adlandırmaq olar. Bu nəşr rayon mərkəzindən 64 kilometr uzaqda, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Başlıbeli daha yaxından tanımağa, onun tarixinə, mədəniyyətinə, adət-ənənəsinə bələd olmaq imkanı verir. Kitab 6 bölmədən ibarətdir. Birinci hissə kəndin yaranmağa başladığı 1600-cü illərdən 1940-cı illərə qədər olan dövrü əhatə əhatə edir. Burada son 200 ildə Azərbaycan ərazilərinin itirilməsi mərhələləri, Azərbaycan tarixində və inzibati çoğrafiyasında Kəlbəcərin yeri, islam mədəniyyəti, 1930-cu illər repressiyası barədə zəngin məlumatlar toplanıb. Çar Rusiyasının ucqar dağ kəndində milli şüurun inkişafına mane olmaq cəhdləri, xüsusilə islam dininin və dini fəaliyyətlə məşğul olanların sıxışdırılması, haqsız həbslər, dövrün çətinliklərindən doğan digər hadisələr barədə ətraflı danışılır.

İkinci hissədə kolxoz quruculuğu adı adı altında kənd camaatının mal-dövlətinin əlindən alınması, İkinci Dünya müharibəsi və müharibədən sonrakı aclıq illərindən bəhs olunur. 30-cu illərin repressiya dövründə olduğu kimi, zor gücünə həyata keçirilən kollektivləşmə illərində də kəndin ən varlı və nüfuzlu adamları həbsə atılıb, sürgünə göndərilib. Həbs edilənlərin bir qismi sonradan həbsxanadan birbaşa cəbhəyə göndərilib, onların çoxunun taleyi bu gün də məlum deyil. Ümumiyyətlə, Böyük Vətən müharibəsi dövründə cəmi 1000 nəfərə yaxın əhalisi olan Başlıbelin 100-dən çox sakini cəbhəyə aparılıb və onlardan cəmi 20-25 nəfəri geri qayıdıb.

Kitabın sonrakı bölmələrində Başlıbeldə təhsil mühitinin formalaşması, tibbi xidmətlər, Kəlbəcər rayonunun inkişafında xidmətləri olan şəxslər, zəngin toy adətləri, kəndlə bağlı toponimlər arxiv materialları və yaşlı nəslin nümayəndələrinin xatirələri əsasında oxuculara çatdılır.

Sonuncu bölmədə rayona rəhbərlik etmiş şəxslərin, tanınmış ziyalılarının Başlıbel kəndi və başlıbellilər haqqında xariləri və səmimi fikirlərinə yer alıb. Diqqət çəkən əsas məqamlardan biri də odur ki, kitabda rayonun işğalına qədər Başlıbel kəndində fəaliyyət gösdtərən istehsal və xidmət müəsissilərin, habelə 1988-ci il və sonrakı dövr üçün tikilməsi planlaşdırılan obyektlərin siyahısı verilib. Amma Qarabağda müharibənin başlanması və Kəlbəcərin 5 il ərzində mühasirə vəziyyətində qalmasına görə həmin layihələrin bir çoxunun icrası yarımçıq qalıb. Həmin siyahı və bütövlükdə rayonun ən böyük kəndi olan Başlıbelin keçdiyi inkişaf yollar, iqtisadi imkanları barədə toplanmış məlumatlar işğaldan azad olunmuş Kəlbəcərə BÖYÜK QAYIDIŞ proqramlarının hazırlanması üçün dolğun informasiya mənbəyi sayıla bilər.

Dünən Azərbaycan Mətbuat Şurasında araşdırmaçı-jurnalist Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib. Mərasimdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, deputatlar, tanınmış media orqanlarının rəhbərləri, jurnalistlər iştirak edib.

“Vətən səsi” xəbər verir ki, təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid, filologiya elmləri doktoru professor Qulu Məhərrəmli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı kütləvi qətliama məruz qalmış Başlıbel kəndinin tarixi və mədəniyyəti haqqında belə bir kitab yazılmasını çox faydalı və gərəkli iş olduğunu bildiriblər.

Milli Məclisin üzvləri Sevil Mikayılova, Rizvan Nəbiyev və Mircəlil Qasımlı “Başlıbel: yaranışdan işğaladək” kitabının ayrı-ayrı bölmələrində verilən kəndin nəinki quruculuq, həmçinin təhsil, sosial, səhiyyə və mədəni həyatı ilə bağlı mühüm və əhəmiyyətli məsələlərin işıqlandırıldığını qeyd ediblər. Onlar kəndin, rayonun inkişafında xidmətləri olan ayrı-ayrı adamların, zəngin toy adətlərinin, kəndlə bağlı toponimlərin və yaşlı nəslin nümayəndələrinin xatirələrinin verilməsinin kitaba müsbət çalarlar verdiyini önə çəkiblər. Ümumilikdə arxiv sənədləri və kənd ağsaqqallarının, yaşlı sakinlərin xatirələri əsasında hazırlanan kitab Başlıbeli daha yaxından tanımağa, onun keçmişinə, mədəniyyətinə və adət-ənənəsinə bələd olmağa imkan verir.

Əməkdar jurnalistlər Elşən Əliyev, Elşad Eyvazlı, jurnalist Məhəmməd Nərimanoğlu, kitabın redaktoru Süleyman Qaradağlı və başqaları müəllifin kitab üzərindəki yaradıcılıq işini, axtarışlarını xüsusi vurğulayıb və doğma kəndin tarixini araşdırmaq sahəsində uğurlu addım olduğunu diqqətə çatdırıblar.

Tədbirdə Başlıbel faciəsi və doğma torpaqlara qayıdışın ilkin əlamətləri haqqında müəllifin özünün hazırladığı “Qanlı kahanın izi ilə” adlı videoçarx nümayiş olunub. Daha sonra “Başlıbel: yaranışdan işğaladək” kitabı ilə bağlı müzakirələr davam etdirilib. Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu, həmkarları Fərqanə Allahverdiyeva, Məhəmməd Nərimanoğlu və başqaları vəsaitin əhəmiyyətindən söz açaraq nəşrin Başlıbelin timsalında digər kənd və şəhərlərimizin, onların sakinlərinin üzləşdikləri erməni vandallığını əks etdirdiyini, ibrətamiz mahiyyət daşıdığını diqqətə çatdırıblar.

Müəllif Elxan Salahov yenicə işıq üzü görmüş nəşrlə bağlı tədqiqat işlərinə, məlumatların toplanmasına 22 il vaxt sərf etdiyini xatırladıb. O, hələ 2003-cü ildə araşdırmalara başlayarkən bundan əvvəl çap olunmuş “Qanlı kaha” və “Tanrı yoxuşu” kitablarını da “Başlıbel: yaranışdan işğaladək” nəşrinin tərkib hissəsi kimi düşündüyünü xatırladıb: “2003-ci ildə bu işə  başlayanda “Qanlı kaha”, “Tanrı yoxuşu” və indi təqdimatına toplaşdığımız yeni nəşrin hamısını üç fəsildən ibarət vahid bir kitab kimi təsəvvür edirdim. Amma Başlıbel faciəsi ilə bağlı topladığım məlumatları dərindən təhlil edəndən sonra 4 aya qədər ermənilərin mühasirəsində qalıb ölüm-dirim mübarizəsi aparan sakinlərin başına gələnlər, onların 113 gün ərzində yaşadıqları bir kitaba sığa bilməyəcək qədər böyük qəhrəmanlıq salnamələridir. Ona görə də Başlıbeldəki kütləvi qətliamı “Qanlı kaha”da, ernənilərin törətdiyi digər ağır cinayətləri, o cümlədən əsir və girovlara qarşı işgəncə hekayətlərini “Tanrı yoxuşu”nda, kəndin tarixini, mədəniyyətini və 400 illik inkişaf yolunu isə ayrıca nəşrə hazırladım”.

Təqdimat mərasimi belə bir fikirlə yekunlaşıb: “Hər kitab bir abidədir. Müəllif çəkdiyi böyük zəhmət sayəsində doğma kəndinə gözəl bir abidə ucaldıb”.

Xatırladaq ki,  “Başlıbel: yaranışdan işğaladək” kitabını Kəlbəcərin işğalı zamanı əhalisinin bir hissəsinin 4 aya qədər ermənilərdən qorunmaq üçün kahalarda gizli yaşamasına və kütləvi qətliama məruz qalmasına görə Azərbaycanın ən məşhur kəndlərindən birinə çevrilən Başlıbelin 400 illik yol xəritəsi də adlandırmaq olar. Bu nəşr rayon mərkəzindən 64 kilometr uzaqda, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Başlıbeli daha yaxından tanımağa, onun tarixinə, mədəniyyətinə, adət-ənənəsinə bələd olmaq imkanı verir. Kitab 6 bölmədən ibarətdir. Birinci hissə kəndin yaranmağa başladığı 1600-cü illərdən 1940-cı illərə qədər olan dövrü əhatə əhatə edir. Burada son 200 ildə Azərbaycan ərazilərinin itirilməsi mərhələləri, Azərbaycan tarixində və inzibati çoğrafiyasında Kəlbəcərin yeri, islam mədəniyyəti, 1930-cu illər repressiyası barədə zəngin məlumatlar toplanıb. Çar Rusiyasının ucqar dağ kəndində milli şüurun inkişafına mane olmaq cəhdləri, xüsusilə islam dininin və dini fəaliyyətlə məşğul olanların sıxışdırılması, haqsız həbslər, dövrün çətinliklərindən doğan digər hadisələr barədə ətraflı danışılır.

İkinci hissədə kolxoz quruculuğu adı adı altında kənd camaatının mal-dövlətinin əlindən alınması, İkinci Dünya müharibəsi və müharibədən sonrakı aclıq illərindən bəhs olunur. 30-cu illərin repressiya dövründə olduğu kimi, zor gücünə həyata keçirilən kollektivləşmə illərində də kəndin ən varlı və nüfuzlu adamları həbsə atılıb, sürgünə göndərilib. Həbs edilənlərin bir qismi sonradan həbsxanadan birbaşa cəbhəyə göndərilib, onların çoxunun taleyi bu gün də məlum deyil. Ümumiyyətlə, Böyük Vətən müharibəsi dövründə cəmi 1000 nəfərə yaxın əhalisi olan Başlıbelin 100-dən çox sakini cəbhəyə aparılıb və onlardan cəmi 20-25 nəfəri geri qayıdıb.

Kitabın sonrakı bölmələrində Başlıbeldə təhsil mühitinin formalaşması, tibbi xidmətlər, Kəlbəcər rayonunun inkişafında xidmətləri olan şəxslər, zəngin toy adətləri, kəndlə bağlı toponimlər arxiv materialları və yaşlı nəslin nümayəndələrinin xatirələri əsasında oxuculara çatdılır.

Sonuncu bölmədə rayona rəhbərlik etmiş şəxslərin, tanınmış ziyalılarının Başlıbel kəndi və başlıbellilər haqqında xariləri və səmimi fikirlərinə yer alıb. Diqqət çəkən əsas məqamlardan biri də odur ki, kitabda rayonun işğalına qədər Başlıbel kəndində fəaliyyət gösdtərən istehsal və xidmət müəsissilərin, habelə 1988-ci il və sonrakı dövr üçün tikilməsi planlaşdırılan obyektlərin siyahısı verilib. Amma Qarabağda müharibənin başlanması və Kəlbəcərin 5 il ərzində mühasirə vəziyyətində qalmasına görə həmin layihələrin bir çoxunun icrası yarımçıq qalıb. Həmin siyahı və bütövlükdə rayonun ən böyük kəndi olan Başlıbelin keçdiyi inkişaf yollar, iqtisadi imkanları barədə toplanmış məlumatlar işğaldan azad olunmuş Kəlbəcərə BÖYÜK QAYIDIŞ proqramlarının hazırlanması üçün dolğun informasiya mənbəyi sayıla bilər.            Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
Günün Səsi
22 Mart 2025 14:27
seeBaxış sayı:111
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri