Gürcü ekspert: “Amerikanın Səsi” və “Azadlıq Radiosu” ölkədə dağıdıcı fəaliyyətlə məşğul olur
Icma.az, Report.az saytına istinadən bildirir.
“Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun Gürcüstandakı redaksiyaları son bir neçə ildir ki, ölkədə dağıdıcı fəaliyyətlə məşğul olurlar.
Bu fikirləri “Report”un Gürcüstan bürosuna ölkənin tanınmış siyasi eksperti Giya Abaşidze deyib.
Onun sözlərinə görə, sözügedən radiostansiyaların xəbərləri, "məqalə" və "icmal"ları radikal müxalifətin dedikləri ilə tam üst-üstə düşür.
Ekspert Vaşinqtonun həmin media quruluşlarının maliyyələşdirilməsinin dayandırılması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirib.
Abaşidze onların fəaliyyətini jurnalistika adlandıra bilməyəcəyini vurğulayaraq bu media vasitələrinin Gürcüstanın dövlətçiliyinə və demokratiyasına qarşı ciddi təhdid olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki, Gürcüstan xalqı bu vəziyyətin dəyişməsindən məmnundur.
"Yeni ABŞ administrasiyası bu sabotajçılar haqqında həqiqəti söyləyirlər. Belə parazitlər amerikalı vergi ödəyiciləri tərəfindən maliyyələşdirilməməlidir”, - deyə G.Abaşidze əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 10 Fevral 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















