Icma.az
close
up
RU
““Gürcü xəngəli” əslində milli Azərbaycan yeməyidir...”

““Gürcü xəngəli” əslində milli Azərbaycan yeməyidir...”

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

““Gürcü xəngəli” adı ilə məşhur olan xörək əslində milli Azərbaycan yeməyidir və adı da "Qaraqoyunlu xəngəli"dir. Donuz əti olmadan, qoyunun quyruq yağı qatılaraq, ət kötükdə döyülərək bişirilir. Mən baba-nənələrimizdən belə eşitmişəm, belə görmüşəm”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

“105 yaşında vəfat edən, atamın əmisi Qaraca lələm, qədim xörəklərin reseptini mükəmməl bilən Hürü nənəm də o xörəyin adının "Qaraqoyunlu xəngəli" olduğuna təkid edirdi. Əslən Qərbi Azərbaycanın Qaraqoyunlu mahalından olan Sayad nənə bu yeməyi Qazaxda, Ağstafada deyildiyi kimi "Qaraqoyunlu xəngəli", Bakıda "qutab", Şəki tərəfdə "afar" adlanan bükümlü xəmir yeməyini isə daha böyük bişirərək "ayrım kətəsi" adlandırırdı. Böyük fətir yayıb sacın üstünə sərər, mis məcmaidə hazırladığı yolotu, cincilim, əmənkömənci və başqa pencərlərdən doğranmış göyü yuxa təpiyənə yaxın üstünə səpərdi. Daha sonra pendir küpəsinə qabar əllərini salıb bir baş qoyun pendiri çıxarıb ovcunda ovxalayıb üstünə səpərdi. Sacın üstündə yuxanın ağzını qatlayar, bişənə yaxın ağzını açıb bir ovuc nəhrə yağının yarısını düz kətənin ortasına, sonra yenidən yuxanı bağlayıb yağın digər yarısını da üstünə çəkib sacdan düşürərdi. Biz uşaqlara da: "A malım - payım, a Kavam-qıvlam, di yiyin, yağı donmamış..." deyərdi. Qərbi Azərbaycan, Azərbaycan Respublikasının Qərb bölgəsi, xüsusən Qazax - Borçalı tərəflərin yemək - süfrə ənənələri demək olar ki, eynidir, daha çox yaxındır, oxşardır. Əsl xəngəl, buna "Qazax xəngəli" də deyirlər, qara dəyirman unundan çox da qalın olmayan fətir (yuxa) yayılaraq xanə şəklində doğranır. (Xəngəl sözünün bu mənada "xanə" sözündən tərədiyini deyənlər də var.) Qaynayan suya hamısı birdən deyil, (onda xəmir bir - birinə yapışır) iki-iki, üç-üç atılır. Ocaqda olsa daha gözəldir. Müəyyən qədər qaynadıqdan sonra kəfkirlə çıxarılıb iri sini yaxud mis məcmailərə seyrək şəkildə yayılır. Bəziləri xəmiri bütövlükdə aşsüzənə boşaldır. Bu doğru deyil. Həm suyu tam süzülmür, həm də onda xəmir bir-birinə yapışır. Digər tərəfdə isə bol soğan ilə əsasən kənd beçəsi qızardılır. Mümkün qədər soğan ötürülməlidir, tam quruyana qədər. Şübhəsiz ki, qurudu isə bir gün əvvəldən suya qoyub yumşaltmaq lazımdır. Olmasa da suya salıb həvəngdəstədə əzmək, zövqə görə sarımsaq əlavə edib xeyli qarışdırmaq lazımdır. Nəhayət yağ-soğan, beçə qızartmasını sinidəki xəngəlin üstünə səpmək, onun üstündən də qurud əlavə etmək gərək. Bax xəngəl budur. Tovuz və Gədəbəy tərəflərdə böyük laylarda kartof da əlavə edilir ki, bunu da zövqə görə etmək olar. 

Restoranlarda, kafelərdə qıyma ətlə, qatıqla, sulu, ağ undan xəmir qaynadıb xalqın mükəmməl milli xörəyinin mahiyyətini korlayıb adını da xəngəl qoymaq lazım deyil. Bacarmayan desin ki, bacarmıram, öyrədək. Sonra turistlər, xarici qonaqlar elə bilər əsl xəngəl odur. Qiymə ətlə bişirilən "Qaraqoyunlu xəngəli" qurutla yeyilən isə "Yarpaq xəngəli"dir. Hər ikisi qədim, milli Azərbaycan xörəyidir”,- deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see305

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see287

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see280

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see264

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see260

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see230

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see223

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see214

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see209

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see193

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see192

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see190

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see187

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see185

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see183

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see182

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see171

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see168

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri