Icma.az
close
up
RU
Gürcülər Qərbin geosiyasi oyunlarına aldanmayacaqlar

Gürcülər Qərbin geosiyasi oyunlarına aldanmayacaqlar

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olan qonşu Gürcüstanda parlament seçkilərinin ardınca prezident seçkilərinin də hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının inamlı qələbəsi ilə başa çatması Qərbin Gürcüstanda süni şəkildə hakimiyyət böhranı yaratmaqla Cənubi Qafqazda destabilizasiyaya nail olmaq planlarının iflasa uğradığını göstərir. Hazırkı prezident Salome Zurabişvili başda olmaqla, Qərbin Gürcüstandakı əlaltılarının iğtişaşlar törətmək planları boşa çıxdı. Gürcü xalqı Avropa İttifaqının (Aİ) "beşinci kolon"unun planlarının həyata keçməsinə imkan vermədi. Beləliklə, 2024-cü il dekabrın 14-də Gürcüstanın altıncı prezidentinin seçilməsinə hər vasitə ilə mane olmağa çalışan qərbyönümlü qüvvələr fiasko ilə üzləşdilər. "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının namizədi olan Mixeil Kavelaşvili Gürcüstanın yeni prezident seçildi.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb. Dövlətimizin başçısı sözügedən təbrik məktubunda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını bildirib.
Eyni zamanda, təbrik məktubunda Gürcüstan və Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün də müvəffəqiyyətlə inkişaf etməsinin sevindirici hal olduğunu qeyd edərək, regionumuzun sabitliyi və təhlükəsizliyi üçün birgə səylərin davam etdiriləcəyinə inamını ifadə edib: “İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.
Azərbaycan-Gürcüstan münasibətləri zamanın sınaqlarından uğurla çıxıb. Bu iki Cənubi Qafqaz ölkəsi daim qarşılıqlı hörmət və anlayış, dinc qonşuluq və əməkdaşlıq prinsipləri əsasında hərəkət edərək strateji tərəfdaşlıq münasibətləri qurublar. Azərbaycan və Gürcüstan bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyib, beynəlxalq platformalarda daim bir-birinin mövqeyini müdafiə ediblər. "Gürcü Arzusu" Partiyasının Cənubi Qafqazda Qərbin həyata keçirdiyi geosiyasi pozuculuq siyasətinə qətiyyətlə"yox!" deməsi Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi bundan sonra da sıx əməkdaşlığı davam etdirməsi üçün etibarlı zəmin yaradır. Bakı və Tiflisin sıx əməkdaşlığı Cənubi Qafqazın gələcək taleyində mühüm rol oynayacaq. Gürcüstanda yaşayan soydaşlarımız da Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar.
Azərbaycan-Gürcüstan münasibətləri Ermənistan üçün də örnək olmalıdır. Qərbin Cənubi Qafqazda "forpost"u rolunu oynamağı üzərinə götürmüş Ermənistan bölgədə vəziyyətin gərginləşməsinə, qeyri-sabitlik riskinin artmasına səbəb olur. Qərb Ermənistandan Azərbaycana və Gürcüstana qarşı alət kimi, təzyiq vasitəsi kimi istifadə edir. Gürcüstanda Qərbin "ssenari"si ilə təşkil olunan etiraz aksiyalarında, iğtişaşlarda Ermənistandan göndərilən pozucu qüvvələrin iştirak etməsi faktları da məlumdur. Lakin Qərbin ermənilərin əli ilə Cənubi Qafqazda həyata keçirmək istədiyi pozuculuq planları baş tutmayacaq. Azərbaycan və Gürcüstanın Qərbin pozuculuq siyasətinə qarşı immuniteti kifayət qədər güclüdür. Qərb mediasının Gürcüstanın “rəngli inqilab”ın astanasında olduğunu bildirməsi də növbəti "blef"dən başqa bir şey deyil. Gürcülər Qərbin geosiyasi oyunlarına aldanmayacaqlar.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri