Icma.az
close
up
RU
Статья не опубликована
Gürcüstan Abxaziya və Cənubi Osetiyanı qaytara bilsə, Cənubi Qafqazda yeni dövr başlayacaq Politoloq

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı qaytara bilsə, Cənubi Qafqazda yeni dövr başlayacaq Politoloq

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Gürcüstanın hazırkı hökuməti 2012-ci ildə hakimiyyətə gələndə əsas şüarlarından biri Rusiya tərəfindən 2008-ci ildə işğal olunmuş Cənubi Osetiya və Abxaziyanın Gürcüstana qaytarılması idi. Bu siyasət bu günə qədər də davam etməkdədir. Onun əsas mahiyyəti Rusiya ilə münasibətləri normallaşdırmaq və məhz bu normallaşma əsasında həmin ərazilərin yenidən Gürcüstana qaytarılmasına nail olmaqdır. Qeyd etmək lazımdır ki, məhz bu siyasət çərçivəsində Gürcüstan üç il əvvəl Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalara qoşulmadı və bu səbəbdən Qərb dövlətlərinin təzyiqləri ilə üzləşdi. Bu iki separatçı bölgənin Gürcüstana qaytarılması, bütövlükdə Cənubi Qafqazda separatizmin kökünün kəsilməsi anlamına gələ bilərdi. Lakin bu proses olduqca mürəkkəbdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində Abxaziya və Cənubi Osetiyanın ölkəyə birləşəcəyini bildirib. O, bu prosesdə səbirli olacaqlarını vurğulayıb. Ekspertlər hesab edirlər ki, bu birləşmə Cənubi Qafqazda separatizmin sona çatmasına və Rusiyanın təsir imkanlarının zəifləməsinə səbəb ola bilər.

Politoloqun sözlərinə görə, Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra Cənubi Osetiya və Abxaziya daim ölkənin tərkibindən ayrılmağa çalışıblar və bu separatizmin arxasında Rusiya dayanıb.

“2008-ci ildə isə Rusiya açıq şəkildə bu əraziləri işğal edərək, onları müstəqil subyektlər kimi tanıdı. Hazırkı vəziyyətdə bu ərazilərin Gürcüstana qaytarılması kifayət qədər çətin məsələdir. Rusiya hazırda Ukraynada da işğalçı müharibə aparır və Cənubi Osetiya ilə Abxaziyada təbliğat bu istiqamətdə aparılır ki, bu bölgələr gələcəkdə Rusiyanın tərkibinə daxil olsunlar. Artıq həmin bölgələrin sakinlərinə Rusiya pasportları verilib, orada Rusiyanın hərbi bazaları yerləşdirilib. Belə bir vəziyyətdə bu bölgələrin Gürcüstana qaytarılması yalnız böyük geosiyasi dəyişikliklərin fonunda mümkün ola bilər. Hazırkı Rusiya rəhbərliyinin bu prosesdə konstruktiv rol oynayacağı real görünmür. Çünki məhz bu ərazilər Rusiyanın mövcud siyasi rejimi tərəfindən işğal olunub və bu, Gürcüstanı cəzalandırmaq və onu özündən asılı vəziyyətə salmaq məqsədi güdür. Yaxın gələcəkdə bu ərazilərin Gürcüstana qaytarılması ehtimalı azdır. Amma bu, mümkünsüz də deyil. Ümid edək ki, Gürcüstan bu çətin məsələnin öhdəsindən gələ biləcək və həmin əraziləri yenidən öz tərkibinə qata biləcək. Belə bir hadisə baş verərsə, Cənubi Qafqazda yeni bir dövr başlayar və region sülh və sabitlik məkanına çevrilə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 08 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri