Gürcüstan iqtidarı müxalifətin prezidentliyə namizədlərlə bağlı iddialarını təkzib etdi
Oxu.az-dan verilən məlumata əsasən, Icma.az bildirir Gürcüstan iqtidarı müxalifətin prezidentliyə namizədlərlə bağlı iddialarını təkzib etdi.
Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze cari ilin 14 dekabrında keçiriləcək seçkidə ölkə prezidenti postuna mümkün namizədlərin siyahısında sabiq baş nazir İrakli Qaribaşvilinin və Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiyanın olacağı ilə bağlı xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, Mamuka Mdinaradze bu barədə Gürcüstan KİV-ə verdiyi açıqlamada söyləyib.
O qeyd edib ki, müxalifətə bağlı mətbuatda dərc edilən iddialar həqiqəti əks etdirmir.
Xatırladaq ki, Gürcüstanda prezident seçkisi dekabrın 14-də, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.

Gürcüstan iqtidarı müxalifətin prezidentliyə namizədlərlə bağlı iddialarını təkzib etdi
26 Noyabr 2024 17:59
Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazıdır
23 Noyabr 2024 13:19
Ermənistan Azərbaycanla əməkdaşlıq iddialarını təkzib etdi
21 Noyabr 2024 19:27
Gürcüstan KM müxalifətin müraciətini qəbul etmədi
03 Dekabr 2024 16:05
