Icma.az
close
up
RU
Gürcüstan mətbuatında WUF13 lə bağlı silsilə materiallar dərc edilib

Gürcüstan mətbuatında WUF13 lə bağlı silsilə materiallar dərc edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tbilisi, 19 may, AZƏRTAC

Gürcüstanın aparıcı media resursları Baş nazir İrakli Kobaxidzenin Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı (WUF13) çıxışı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də iki ölkə arasında imzalanan sənədlər barədə silsilə materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge, aktual.ge, qafqazturk.kom, 24news.ge, interpress.ge, realnews.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası WUF13-ün əhəmiyyəti, Gürcüstan Baş nazirinin Prezident İlham Əliyevlə görüşü, imzalanan saziş və protokolların əhəmiyyəti, gürcü nazirlərin verdiyi açıqlamalar barədə xəbərlər paylaşıblar.

Materiallarda Baş nazir İrakli Kobaxodzenin Bakıdakı qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana rəsmi minnətdarlığı xüsusi qeyd edilib. Kobaxidzenin Bakı platformasını qlobal çağırışların (iqlim dəyişikliyi, sosial birlik və şəhərsalma) müzakirəsi üçün çox mühüm regional mərkəz kimi qiymətləndirdiyi vurğulanır.

Prezident İlham Əliyevlə keçirilən ikitərəfli görüşə toxunan gürcü mətbuatı, hər iki ölkənin regional nəqliyyat, logistika və enerji layihələrində əsas qovşaq rolunu oynadığını və Bakıdakı danışıqların bu strateji tərəfdaşlığı, eləcə də iqtisadi-ticarət əlaqələrini daha da dərinləşdirəcəyini qeyd edib.

1TV.ge yazır ki, Baş nazir İrakli Kobaxidze sosial şəbəkə hesabında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Prezident İlham Əliyevlə söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığını müzakirə etdiyi üçün məmnunluğunuı bildirib. Qeyd edib ki, söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı müzakirə edilib və qlobal əlaqə kontekstində regionumuzun rolunu gücləndirən birgə layihələrə xüsusi diqqət yetirilib.

İnterpressnews.ge portalı Baş nazirin fikirlərinə istinadla yazır ki, Bakıda imzalanmış müqavilələr Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Bu müqavilələr iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlıdır.

https://mix.metronome.ge portalında yayımlanan materialda isə deyilir ki, 6 illik fasilədən sonra Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu xidməti mayın 26-da bərpa olunacaq. Gürcüstanın Baş naziri uzun fasilədən sonra mayın 26-da Azərbaycandan Gürcüstana ilk sərnişin qatarının yola salınacağını yüksək qiymətləndirib.

www.bpn.ge portalı isə iki ölkə arasında imzalanmış sazişlərin əhəmiyyəti qeyd olunur. Baş nazir İrakli Kobaxidze bildirdi ki, bu sənədlər Gürcüstan və Azərbaycan arasındakı münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Bu sazişlər iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlıdır.

Bundan başqa portallarda Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrişvilinin WUF13 barədə və imzalanan sazişlər barədə fikirləri geniş işıqlandırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri