Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Gürcüstanın informasiya portallarında COP29 barədə silsilə materiallar dərc edilib

Gürcüstanın informasiya portallarında COP29 barədə silsilə materiallar dərc edilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycanda keçirilən COP29 beynəlxalq iqlim konfransı, bu mötəbər tədbirdə iştirak etmək üçün Bakıya səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşü barədə silsilə materiallar dərc edib.

“Gaxa.ge” informasiya portalının Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) istinadla yaydığı materialda deyilir ki, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu gün Bakıda işə başlayıb. Noyabrın 22-dək Bakı Stadionunda davam edəcək COP29 Azərbaycanın indiyə qədər təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

Materiallarda COP29-dan əsas gözləntinin iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarət olduğu qeyd edilir.

İnformasiya portallarında COP29-da iştirak etmək üçün BMT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də bir çox ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərə gəldikləri barədə məlumat verilir. Bildirilir ki, bu qədər yüksəkvəzifəli şəxslərin bu mötəbər tədbirdə iştirakı Azərbaycana olan etimadın və tədbirin yüksək səviyyədə təşkilinin bariz nümunəsidir.

“Resonancedaily.com” portalı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündən yazır. Bildirilir ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən görüşdə tərəflər konfransda müzakirə olunacaq məsələləri və iki ölkənin strateji tərəfdaşlığını müzakirə ediblər. Onlar müxtəlif sahələrdə uğurlu əməkdaşlığın mövcudluğunu, regional əhəmiyyətli birgə layihələrin ölkələrin və regionun inkişafı üçün rolunu vurğulayıblar.

Gürcüstanın İctimai televiziyasında (1tv.ge) yayımlanan materiallarda İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşü barədə məlumat verilir. İ.Kobaxidzenin Bakıda jurnalistlərə verdiyi müsahibə əsasında yayımlanan məlumatda deyilir: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edirik. Bu gün cənab İlham Əliyevlə görüşmək imkanım olduğu üçün şadam. Görüşdə Gürcüstan-Azərbaycan münasibətlərindən, strateji tərəfdaşlıqdan, bizim iki ölkəni birləşdirən dostluq münasibətlərindən danışdıq. Bütün mövzularda olduqca mehriban və məhsuldar görüş keçirdik. Haqqında danışdığımız mühüm mövzulardan biri enerji və enerji təhlükəsizliyi, əlaqələndiricilik idi. Bizi bir-birimizə olduqca mühüm strateji layihələr bağlayır, həmçinin bu istiqamətdə, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birlikdə işləyirik. Əlbəttə, tərəfdaşlığımız daha da dərinləşəcək”.

Bundan başqa, “interpressnews.ge”, “aktual.ge”, “24news.ge”, “newsday.ge” və “realnews.ge” informasiya portalları da COP29 və konfrans çərçivəsində keçirilən görüşlər barədə məlumatlar yayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri