Icma.az
close
up
RU
Gürcüstan Parlamentinin sədri: Azərbaycan bizə dəstəyi əməldə göstərib

Gürcüstan Parlamentinin sədri: Azərbaycan bizə dəstəyi əməldə göstərib

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan hər zaman Azərbaycanın dəstəyini hiss edib və bu dəstəyi xüsusilə ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunmasında daha aydın şəkildə görüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri ölkə parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə səsləndirib.

“Bəzi dövlətlər Gürcüstana dəstək ifadə etsələr də, Azərbaycan bu dəstəyi sözdə yox, əməldə göstərib. Buna görə Azərbaycan Prezidentinə, parlamentinə və dost Azərbaycan xalqına minnətdarlığımızı bildiririk”, - deyə Ş.Papuaşvili vurğulayıb.

O qeyd edib ki, bu gün Azərbaycan və Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da bütün sahələrdə, o cümlədən parlamentlərarası münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır:

“Ümid edirəm ki, Azərbaycan parlament nümayəndə heyətinin bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək”.

Gürcüstan parlamentinin sədri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Gürcüstana səfərə dəvət edib və bildirib ki, Gürcüstan tərəfi bu səfəri səbirsizliklə gözləyir.

Azərbaycan Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, nümayəndə heyətinin və Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, bu görüş oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk görüşdür. O, tərəflər arasındakı əməkdaşlığın yeni tərkibdə də səmərəli olacağına ümidvar olduğunu qeyd edib:

“Bu gün Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir və dünyada nümunə kimi göstərilir. Azərbaycan nümayəndə heyətinin bu səfərinin əsas məqsədi mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə töhfə verməkdir”.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Daha sonra Azərbaycan nümayəndə heyəti Gürcüstan parlamentinin komitə sədrləri və dostluq qrupunun üzvləri ilə görüş keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://report.az
archiveBu xəbər 12 Fevral 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri