Icma.az
close
up
RU
Gürcüstan parlamentinin sədri: Xaricdən gələn yardımlar çirkin məqsədlərə sərf olunur

Gürcüstan parlamentinin sədri: Xaricdən gələn yardımlar çirkin məqsədlərə sərf olunur

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 3 fevral, AZƏRTAC

Xarici yardım çətiri altında Amerikadan gələn pullar uydurma ideologiyaların tətbiqinə, senzuraya, daxili siyasətə müdaxiləyə, çevrilişlərə və sair çirkin məqsədlərə sərf olunur. Bunu ABŞ-ın yeni administrasiyası da etiraf edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ən böyük donorun bunu etiraf etməsi avtomatik olaraq digər ölkələrin Gürcüstanda pul xərcləmələrinin düzgünlüyünü şübhə altına alır.

İndi növbə digər donor ölkələrindir. Onlar vergi ödəyicilərinin pullarının nəyə xərcləndiyini yoxlamalıdırlar. Bu ölkələrin müxalifəti, qeyri-hökumət təşkilatları xüsusi maraq göstərməlidir.

Papuaşvili bildirib: “Əvvəlcə Brüssel nümunə göstərməlidir. 2023-cü ilin payızında Avropa İttifaqının səfirinə məktub yazaraq Avropa Demokratiya Fondu (EED) tərəfindən maliyyələşdirmənin ictimaiyyətə açıqlanmasını xahiş etdim. Bir neçə aylıq araşdırmadan sonra səfir EED-in ayrıca bir təşkilat olduğunu əsas gətirərək bu xahişi rədd etdi. Açıq-aydın bu, sadəcə bir bəhanə idi. Çünki EED tamamilə Brüssel və üzv dövlətlərin büdcəsindən maliyyələşdirilir və bir neçə qərəzli Avropa Parlamenti üzvü tərəfindən idarə olunur”.

Şalva Papuaşvili vurğulayıb ki, daha bir vacib məsələ, 2024-cü il seçkilərində partiya seçkiləri üçün Brüssel və digər paytaxtlardan ayrılan vəsaitlərin qanunsuz xərclənməsidir. Seçkilərdə iştirak edən siyasi QHT-lərin arxasında konkret xarici donorların izləri üzə çıxanda, xarici təzyiqlər səbəbindən Korrupsiyaya Qarşı Mübarizə Bürosunun araşdırmanı necə dayandırmaq məcburiyyətində qaldığı hamımızın yadındadır. ABŞ-da baş verən proseslər isə hər bir səfirliyin öz ölkəsindən seçkilərə xərclədiyi hər senti ictimaiyyətə açıqlamasını zəruri edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri