Icma.az
close
up
RU
Sülhə arxadan zərbə: Rəsmi Bakı narazıdır

Sülhə arxadan zərbə: Rəsmi Bakı narazıdır

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanla sülh müqaviləsi imzalamaq ərəfəsində olan Ermənistan hakimiyyəti gözlənilməz addım atıb. 

Belə ki, Ermənistanla Avropa İttifaqı arasında yeni sənəd imzalanıb. Sözügedən sənəd “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlanır. Həmin sənəddə bəzi absurd ifadələrin olması da diqqət çəkib. 

Belə ki, Qarabağdan könüllü gedən ermənilər “qaçqın” kimi təqdim olunub. Bundan başqa, insanlıq əleyhinə cinayətlər törədərək hazırda mühakimə olunanlar “əsir” kimi qələmə verilib. Bu isə ölkəmizdə birmənalı qarşılanmayıb. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) İrəvana cavab gecikməyib. 

Həmin sənəddə postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsinin ciddi narahatlıq doğurduğu qeyd olunub: 

“Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir. 

Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir. 

Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur. 

Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır”. 

Bildirilib ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ–Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı ciddi suallar yaradır: 

“İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir. 

Aİ–Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur. 

Bu hal, Ermənistanın Vaşinqtonda Baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır. 

Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir. Prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət edir”. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistan Avropa İttifaqı ölkələri ilə yaxınlaşma siyasəti yürüdür: 

“Lakin rəsmi İrəvanın belə addımlar ataraq sülh müqaviləsini imzalamaqdan boyun qaçıra bilməsi mümkün deyil. 
Sadəcə olaraq Ermənistan rəhbərliyi bu prosesdə olduqca zəif durumda olduqlarını görərək Avropa ölkələrinin dəstəyini qazanmaq istəyir. Bununla da danışıqlar prosesində bir qədər güclü görünməyi hədəfləyirlər. 

Atılan addımlar da məhz bu konteksdədir. İstənilən halda Avropa ölkələri də müharibənin artıq başa çatdığını bilir, dayanıqlı sülhə nail olunması üçün Azərbaycan-Ermənistan münasibətləri normallaşmalıdır”. 

Deputat vurğulayıb ki, sözügedən sənəddə Azərbaycana qarşı əsassız və qərəzli ifadələrdən istifadə olunub: 

“Bu addımlar heç bir halda dayanıqlı sülhə xidmət etmir. Əksinə, sülhə əngəl olmaqla, prosesin uzanmasına səbəb olur. Bu da geniş mənada Avropa ölkələrinin özlərinin də maraqlarına xidmət etmir. 

Zamanında işğalçı Ermənistana dəstək verən Avropa ölkələri bu gün də başqa formada Azərbaycana təzyiq üsulunu seçiblər. Onlar yenə də Ermənistanı güclü göstərməyə çalışırlar. Lakin təbii ki belə cəhdlər heç bir fayda verməyəcək. Bu regionda Azərbaycanın mövcud olmadığı hər hansısa layihə də həyata keçirilə bilməz. Bunun da fərqində olmalıdırlar”. 

Siyasətçi onu da diqqətə çatdırıb ki, bəzi Avropa qüvvələri Azərbaycanın regionda güc və söz sahibi olmasından narahatlıq keçirirlər: 

“Ona görə də növbəti dəfə ölkəmizə bu yolla təzyiq üsulunu seçiblər. Bu da mümkün olmayacaq. Azərbaycan Xarici İşlər Nazirliyi də hər zaman olduğu kimi, məsələyə adekvat münasibət bildirib. Avropa ölkələri Azərbaycanın artıq əvvəlki Azərbaycan olmadığını, regiondakı reallıqların dəyişdiyini anlamalıdırlar. 

Avropa regionda sülh və sabitliyə nail olmaq üçün ən azından müdaxilə etməməli, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əngəl olmamalıdırlar. Təəssüf ki, hələ də Avropada belə qüvvələr qalmaqdadır. Lakin onların səyləri əbəsdir. Çünki Azərbaycan reallıqları öz gücünə dəyişib, belə həmlələrlə isə nəyəsə nail olmaq mümkün deyil”.

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri