Icma.az
close
up
RU
Gürcüstan portalında “Cənubi Qafqazın yeganə hərbi siyasi lideri kim oldu?” sərlövhəli məqalə dərc olunub

Gürcüstan portalında “Cənubi Qafqazın yeganə hərbi siyasi lideri kim oldu?” sərlövhəli məqalə dərc olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 21 noyabr, AZƏRTAC

Gürcüstanın nüfuzlu “kvirispalitra.ge” portalında “Cənubi Qafqazın yeganə hərbi-siyasi lideri kim oldu?” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə hərbi ekspert İrakli Aladaşvilinin İkinci Qarabağ müharibəsi, onun nəticələri və 8 Noyabr - Zəfər Günü ilə bağlı fikirləri əksini tapıb. Məqalədə yazılıb ki, bu il noyabrın 8-də Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünü paytaxt Bakıda möhtəşəm hərbi paradla qeyd etdi.

Müəllif, eyni zamanda, bu il sentyabrın 3-də Çinin İkinci Dünya müharibəsində faşizm üzərində və yapon istilasına qarşı mübarizədə qələbənin 80-ci ildönümü münasibətlə Pekində keçirilmiş hərbi paradı xatırlayır. Bildirir ki, əsas məsələ təkcə Azərbaycan Ordusunun Bakının mərkəzi meydanına nə qədər və hansı tip tanklar, zirehli texnika, artilleriya qurğuları, raket kompleksləri, kamikadze aparatları yerləşdirməsi və ya Bakı səmasında nə qədər döyüş təyyarəsinin uçuşu deyil, tamam başqa məsələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti dünyaya sübut etdi ki, illərdən bəri güc hesabına itirilənlər elə güc hesabına geri qaytarılır.

Azərbaycan dövləti istər 2020-ci ilin 44 günlük müharibəsində, istərsə də 2023-cü ilin 23 saatlıq antiterror tədbirlərində bütün çətinliklərin öhdəsindən gəldi. Rəsmi Bakı, əslində, gələcək üçün Qarabağ məsələsini tamamilə həll etdi. Həmin vaxtdan Azərbaycan Cənubi Qafqazda həm hərbi-siyasi, həm də iqtisadi baxımdan ən nüfuzlu ölkəyə çevrilib ki, qonşu Ermənistan və Gürcüstan da bunu nəzərə almalıdır.

Müəllif qeyd edir ki, Ermənistan hakimiyyəti faktiki olaraq reallıqla barışıb və Paşinyan iqtidarı siyasi vektorunu Rusiyadan Avropaya və Amerikaya keçirir ki, bu da Qarabağ məsələsində və “böyük Ermənistan”ın yaradılmasında israr etməkdənsə, Ermənistanın gələcəyi üçün daha yaxşı həll yolu olmalıdır.

“Azərbaycandan neft və qaz kəmərlərinin, Türkiyəyə gedən dəmir yolu xəttinin də bizim ərazimizdən keçdiyi üçün Gürcüstan da Azərbaycanın strateji maraqlarını nəzərə almalıdır ki, bu da zaman keçdikcə daha çox trafik qazanmalıdır”, - deyə məqalədə qeyd olunub.

Bildirilir ki, Cənubi Qafqazdakı qonşuları ilə yanaşı, Rusiyanın təbii qazı və xam neftinin alışını azaldan və ya tamamilə dayandıran, alternativ olaraq Azərbaycan enerji mənbələrini seçən Avropa ölkələrində də Azərbaycanın təsiri artır.

ABŞ Prezidenti Trampın azərbaycanlı və erməni həmkarlarını Ağ Evə dəvət etməsindən və Zəngəzur dəhlizinin - “Tramp marşrutu”nun açılmasını müzakirə etdikdən sonra Prezident Əliyevin və bütövlükdə Azərbaycanın beynəlxalq imici daha da artıb.

Müəllif ötən həftə ABŞ-ın Mərkəzi Asiyanın beş ölkəsi ilə Azərbaycan və Ermənistanı birləşdirəcək ticarət sazişi imzalamaq mərhələsində olduğunu da açıqlayıb. Bildirir ki, ABŞ və Mərkəzi Asiyanın beş ölkəsi (C5+1) öz növbəsində Azərbaycan və Ermənistanı birləşdirəcək TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) ilə əlaqələndirilməsi planlaşdırılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun hazırlanması barədə razılığa gəliblər. Bu amil Azərbaycanın Cənubi Qafqazda siyasi çəkisini daha da artırır.

Bundan başqa, məqalədə Türkiyənin regionda və dünyada artan nüfuzu, Cənubi Qafqazda kimin hansı gücə malik olması, Azərbaycan Ordusunun gücü və digər məsələlər əksini tapıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri