Gürcüstan türkiyəli iki mütəşəkkil dəstə liderini Türkiyəyə təhvil verib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“Redkitler” və “Erdoğan Aykut” mütəşəkkil cinayətkar qruplaşmalarının başçıları Ferhat Delen və Erdoğan Aykut Gürcüstanda saxlanılaraq Türkiyəyə gətirilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.Məlumatda qeyd olunur ki, mütəşəkkil cinayətkar qruplaşmasının bu gün Sarp Quru Sərhəd Keçid Məntəqəsi vasitəsilə Türkiyəyə təhvil veriliblər.
Əməliyyatın Türkiyə Baş Polis İdarəsinin İnterpol-Avropol Şöbəsi, Kəşfiyyat İdarələri, Miqrant Qaçaqçılığı ilə Mübarizə və Sərhəd Keçid Məntəqələri, eləcə də İctimai Asayiş Şöbələri, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin koordinasiyası ilə həyata keçirildiyi bildirilir.
Açıqlamada Ferhad Delenin qəsdən adam öldürmə, cinayət törətmək məqsədilə təşkilat yaratma, lisenziyasız odlu silah və sursatı satın alma, daşıma və ya saxlama cinayətləri üzrə qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarışda olduğu vurğulanır.
Erdoğan Aykutun isə silahlı soyğunçuluq, Türkiyə vətəndaşının və ya əcnəbinin ölkə xaricinə çıxışına şərait yaratma və oğurluq cinayətləri üzrə qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarışda olduğu qeyd edilib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 13 Avqust 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















