Yer kürəsində insan ayağının dəymədiyi bu ərazilər nəyi ilə seçilir?
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Sakit okeandakı Marşall adalarına daxil olan Bikar və Bokak atollları Yer kürəsində insan ayağının ən az dəydiyi ərazilər hesab olunur.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, Havay Universitetinin dəniz ekoloqu Alan Fridlanderin rəhbərlik etdiyi beynəlxalq ekspedisiya 2023-cü ildə bu atolllarda kompleks tədqiqat aparıb.
Alimlər müəyyən ediblər ki, ərazilərin mərcan rifləri zəngin biomüxtəlifliyi ilə seçilir.
Burada çoxsaylı balıq növləri, rif köpəkbalıqları, nəhəng molyusklar və yaşıl dəniz tısbağaları yaşayır. Bikar atolunda tədqiqatçılar yaşıl dəniz tısbağalarına aid 132 yuva yeri də aşkar ediblər.
Araşdırma zamanı Bokak atolunda nəsli kəsilmək təhlükəsi altında olan donqar tutuquşu balıqlarına da rast gəlinib.
Tədqiqatçılar bildirirlər ki, bu ərazilər insan fəaliyyətindən nisbətən qorunsa da, iqlim dəyişikliyi, okean sularının isinməsi və digər ölkələrdən gələn plastik tullantılar onların ekosisteminə təsir göstərir. Araşdırmanın nəticələri “Frontiers in Marine Science” jurnalında dərc olunub.
Bizim.Media
Baxış sayı:25
Bu xəbər 19 Noyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















