Gürcüstan universitetlərinə əcnəbilərin qəbulu qanunla tənzimlənəcək
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstanın dövlət ali məktəblərinə əcnəbi tələbələrin qəbulunun qanunla tənzimlənəcəyi gözlənilir.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu yenilik ölkədə təhsil sahəsində həyata keçirilməsi planlaşdırılan islahatlarda nəzərdə tutulub.
Yeni qaydalara əsasən, dövlət universitetləri xarici tələbələri müəyyən olunacaq konkret prinsip əsasında qəbul edə biləcək. Məqsəd ali məktəbləri xarici ölkələrdən tələbə cəlb etməklə mənfəətlərini artırmağa deyil, daxili bazar üçün mütəxəssislərin hazırlanmasına istiqamətləndirməkdir.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində Gürcüstan universitetlərində təhsil alan əcnəbilərin sayı 37 125 nəfər təşkil edir. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 6 424 nəfər çoxdur.
Qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı isə 860 nəfərdir. Onların 376-sı dövlət, 484-ü isə özəl universitetlərin tələbələridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















