Gürcüstan xüsusi təyinatlılarının başçısına atəş açılıb KİV
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Xüsusi tapşırıqlar departamentinin rəhbəri Zviad Хаrаzişviliyə silahdan atəş açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Mtavari arxi” və “Pirveli” telekanalları məlumat yayıblar.
Məlumata əsasən, qoruyucu jilet gülləni saxlayıb və nəticədə Z.Хаrаzişvili zədələr alıb.
Yayılmış məlumatlara reaksiya verən Gürcüstan DİN-dən bildirilib ki, Z Хаrаzişvili məşq zamanı travma alıb və bu səbəbdən klinikada müayinədən keçib.
“Bir neçə il öncə Zviad Хаrаzişvili çiynindən əməliyyat olunub və mütəmadi olaraq müayinədən keçir. Məşq zamanı o, travma aldığından klinikada olub, müayinədən sonra tibb müəssisəsini tərk edib”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 31 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















