Gürcüstana ötən il dəmir yolu ilə daxil olmuş yüklərdə Azərbaycanın payı açıqlanıb
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2024-cü ildə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 27,1 %-i və yaxud 832,946 min tonu Azərbaycandan göndərilib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, Rusiyanın payı 42,1 %, digər ölkələrin payı isə 30,8 % olub.
Bundan başqa, ötən il Gürcüstanın dəmir yolları ilə 13,7 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 0,9 % çoxdur. Ümumi yüklərin 10,4 %-i ölkədaxili, 30,2 %-i beynəlxalq, 59,4 %-i isə tranzit yüklərin payına düşüb.
İl ərzində yükdaşımaların 39 %-ni koks və emal olunmuş neft məhsulları, 20,4 %-ni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları, 15,7 %-i metal filizləri, eləcə də mədən və karxana məhsulları, 24,9 %-nu isə digər məhsullar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















