Icma.az
close
up
RU
Gürcüstana səfər sığortası 15 ABŞ dollarından başlayır İZAH

Gürcüstana səfər sığortası 15 ABŞ dollarından başlayır İZAH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Sığorta məbləği turistin ölkədə qalacağıl müddətə görə dəyişəcək

AZAL Gürcüstana səfər etməyə hazırlaşanlara xəbərdarlıq edib. Bu ölkəyə səfər edənlər tibi sığorta məbləği ödəməli olacaqlar. Bu qaydanı Gürcüstan hökuməti tətbiq edir. Qərara əsasən, 01 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 yanvar 2026-cı il tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə səyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir. Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədə olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir. Sığorta aşağıdakı məlumatları özündə əks etdirməlidir:

- Sığorta müqaviləsinin tərəfləri;

- Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;

- Sığortanın predmeti;

- Sığorta təminatının qüvvəyə minmə və bitmə tarixləri;

- Sığorta riskləri;

- Sığorta təminatının məbləği (limitlər);

- Sığorta haqqının məbləği;

- Ödənişin yeri və şərtləri.

Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanununa əsasən tətbiq edilir. Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında” qərarı 01 yanvar 2026-cı il tarixində qüvvəyə minir.

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, məlum qərar Gürcüstana turist axınını azalmasına səbəb ola bilər: 

 -Əslində bu qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minməli idi. Amma görünür, üməyyən riskləri nəzərə alaraq müddəti 1 il uzatdılar. Yeni qayda 2026-cı mil yanvarın 1-dən qüvvəyə minəcək. Gürcüstan hökuməti ilə turizm şirkətləri arasında hələ də ciddi müzakirələr gedir. Hesab edirlər ki, belə bir tələb turist sayının azalmasına səbəb ola bilər. Hesav edirəm ki, bu, məntiqsiz qərardır. Turistlərə əlavə problem yaradacaq. Turizm şirkətləri üçün də sərfəli olmayacaq. Ola bilər vəziyyəti təhlil edib, zərərləri nəzərə alıb qərarı bir müddət sonra ləğv etsinlər. 

N.Cəfərli bildirdi ki, qərar qüvvəyə mindikdən sonra Gürcüstana səfər edənlərdən tibbi sığorta olunmalarına dair sənəd tələb olunacaq:

- Tibbi sığorta olunmalarına dair sənədi turistlər öz ölkələrində elektron formada, ingilis dilində əldə edə bilərlər, yaxud da Gürcüstandakı turizm şirkəti tərəfindən rəsmiləşdirə bilərlər. Sığorta məbləği turistin ölkədə qalacağıl müddətə görə dəyişəcək. Məbləğ 15 ABŞ dollarından başlayır, ölkədəqalma müddətindən asılı olaraq artacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri