Paşinyan Gürcüstana səfər edib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gəlib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Paşinyan Tbilisiyə səfəri çərçivəsində həmkarı İrakli Kobaxidze ilə təkbətək görüş keçirəcək.
Baş nazirlər həmçinin Gürcüstan və Ermənistan futbol üzrə milli komandalarının Tbilisidə keçiriləcək cavab qarşılaşmasını birgə izləyəcəklər.
Qeyd edək ki, Gürcüstan millisi bu gün Millətlər Liqasının pley-off mərhələsinin cavab matçında Ermənistan millisini qəbul edəcək. Matç yerli vaxtla saat 18:00-da “Dinamo Arena”da başlayacaq. Xatırladaq ki, pley-off mərhələsinin ilk oyununda Gürcüstan millisi Ermənistan millisini öz meydanında 0:3 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Mart 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















