Gürcüstanda azərbaycanlı hərbi qulluqçu həlak olub AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanda azərbaycanlılarının kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndindən olan hərbi qulluqçu bədbəxt hadisə nəticəsində həlak olub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hadisə Marneulidəki hərbi hissədə baş verib.
Məlumata görə, Faxralı kəndindən olan əsgər Ziyyədin Araz oğlu Məmmədov qarovulda olarkən silahla ehtiyatsız davranması nəticəsində həlak olub. Bildirilib ki, atəş səsi gəlməsindən sonra postda yoxlama aparılıb və Z. Məmmədovun meyiti aşkarlanıb. Onun çənəsindən güllə yarası aldığı və hadisə yerində vəfat etdiyi bildirilib.
Gürcüstan Müdafiə Nazirliyi bəyanat yayaraq əsgərin ailəsinə başsağlığı verib.
Qurumun məlumatında faktla əlaqədar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci bəndi (intihar həddinə çatdırma) ilə istintaqa başlanıldığı qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















