Icma.az
close
up
RU
GÜRCÜSTANDA DAHA BİR GƏRGİN GECƏ Ombudsman polisə müraciət etdi (VİDEO+FOTOLAR)

GÜRCÜSTANDA DAHA BİR GƏRGİN GECƏ Ombudsman polisə müraciət etdi (VİDEO+FOTOLAR)

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən axşam saatlarından başlayaraq, Tbilisinin mərkəzi küçələrində polislə nümayişçilər arasında toqquşmalar yenidən qızışıb. 

Hurriyyet.az xəbər verir ki, Tbilisidə polislə etirazçılar arasında “atışma” yenə səhər saatlarına qədər davam edib. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan, etirazçılar isə pirotexnik vasitələrdən istifadə edir.

Kütləvi etirazlar başlayandan etirazların dağıdılması adətən gecə yarısından sonra başlayırdı. Dünən isə polis daha tez hərəkətə keçib.

Polis qüvvələri etirazçıları əvvəlcə parlament binası qarşısındakı ərazidən sıxışdırıb. Xüsusi təyinatlılar bu zaman gözyaşardıcı qaz kapsulları və su şırnaqlarından da istifadə ediblər. Lakin bir müddət sonra akisya iştirakçıları toparlanaraq, yenidən əraziyə qayıdıblar. Nümayişçilər əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları, eləcə də hökumətin istefasına və təkrar parlament seçkilərinin təyin edilməsinə çağıran plakatlar tutublar.

Qanunverici orqanın yerləşdiyi Rustaveli prospektinin ortasında xüsusi təyinatlılar yerləşdiriliblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını qanunsuz hərəkətlərə son qoymağa və qanundan kənara çıxmamağa çağırıb. Daha sonra polis bölmələri gözyaşardıcı qazdan istifadə edərək vətəndaşları saxlamağa başlayıb. Etirazçılar “Qullar, qullar!” şüarları səsləndiriblər.

Gürcüstan mediası yazır ki, Rustaveli prospektində əleyhqazsız olmaq mümkün deyil. Sakinlər qazın artıq mənzillərinə çatdığını deyirlər. Rustaveli prospektindəki bütün otellər qonaqlara pəncərələri açmamaq barədə xəbərdarlıq edib.

Tbilisidə, o cümlədən Rustaveli prospektində elektrik enerjisi kəsilib, lakin bir müddət sonra enerjinin verilişi bərpa edilib.

Tbilisi Patrul Polis İdarəsinin rəisi Vaja Siradze deyib ki, dekabrın 2-si axşam nümayişçilərə qarşı “proporsional güc” tətbiq edilib. Onun sözlərinə görə, etirazçılar mitinqin əvvəlindən özlərini “dağıdıcı” aparmağa başlayıblar. Siradze qeyd edib ki, son günlər Gürcüstan Daxili İşlər Nazirliyinin polis bölmələri hətta etirazçıların bəzilərinin aqressiv, zorakı hərəkətlərinə münasibətdə “tolerantlıq nümayiş etdirib”.

Lakin Gürcüstanın ombudsmanı Levan İoseliani belə düşünmür. O, Daxili İşlər Nazirliyini etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməməyə çağırıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bir çox aksiya iştirakçıları daha ağır maddələrlə ittiham olunacaqlar. Onların bəzilərini 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Etiraz aksiyaları təkcə Tbilisidə deyil, Gürcüstanın Batumi, Kobuleti, Ozurqeti və digər şəhərlərində də keçirilir.

Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili məktəbləri də etirazlara qoşulmağa çağırıb: “Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəy olduqlarını bildirmək növbəsi məktəblərə çatıb”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə prezidentin məktəbliləri ölkədəki etiraz aksiyalarına qoşulmağa çağırmasını “heç bir əsası olmayan əxlaqsız hərəkət” adlandırıb. O, Gürcüstanda davam edən etirazlar fonunda müxalifətlə danışıqların mümkünlüyünü də qəti istisna edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri