Gürcüstanda etirazların 11ci günü 400dən çox insan saxlanılıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanda Baş nazir İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqların başlanmasını nəzərdə tutmamaq qərarından sonra başlayan nümayişlər davam edir.
“AzPolitika” xəbər verir ki, Batumidə 11-ci gündə davam edən nümayişlərlə yanaşı, minlərlə insan gecə saatlarında yenidən paytaxt Tbilisidə parlament binası qarşısına toplaşaraq hökumətin qərarına bir daha etiraz edib. Nümayişçilər yeni il şənlikləri çərçivəsində bələdiyyə tərəfindən tikilməyə başlanan yolkanın polad gövdəsinə aksiyada xəsarət alan jurnalistlərin, sənətçilərin, siyasətçilərin və etirazçıların fotoşəkillərini asıblar. Bəzi nümayişçilər isə parlament binasını daşa basıblar.
Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze mətbuat konfransında Tbilisidə davam edən etiraz aksiyalarında saxlanılanlarla bağlı açıqlama verib. Noyabrın 28-dən bəzi şəxslərin parlament binasına və polisə qarşı zorakılıq hərəkətləri etdiyini deyən Daraxvelidze hadisələrdə 150 polis əməkdaşının yaralandığını bildirib.
Davam edən etirazlarda bəzi jurnalistlərin yaralandığını, şəhərin infrastrukturunun zədələndiyini bildirən Daraxvelidze 400-dən çox adamın saxlandığını bildirib.
Qeyd edək ki, Tbilisidə keçirilən etiraz aksiyasına qatılan nümayişçilər saat 03:00 radələrində dağılışmağa başlayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















