Icma.az
close
up
RU
Gürcüstanda oğru aləmi”nə qarşı keçirilən əməliyyat zamanı silahlı azərbaycanlı öldürülüb

Gürcüstanda oğru aləmi”nə qarşı keçirilən əməliyyat zamanı silahlı azərbaycanlı öldürülüb

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanda "oğru aləmi”nə qarşı keçirilən əməliyyat zamanı silahlı azərbaycanlı öldürülüb


Gürcüstanda “oğru aləmi”nə qarşı geniş əməliyyat keçirilib - Kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əməliyyat zamanı polis əməkdaşı yaralanıb.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, bu baraədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandre Darağvelidze məlumat verib.
Bildirilib ki, beş cinayət işi üzrə aparılan genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslərə qarşı "cinayətkarlar aləminə üzv olmaq", "kriminal aləmin fəaliyyətinə dəstək vermək" və "cinayətkar aləmin üzvünə müraciət etmək" ittihamları irəli sürülüb. Onlardan bir neçəsinə qiyabi ittiham elan olunub.
Əməliyyat zamanı Laqodexi bələdiyyəsinin Qabal kəndində saxlanılmağa cəhd edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyev polisə silahlı müqavimət göstərib. O, xüsusi təyinatlılara atəş açıb, nəticədə əməkdaşlardan biri döş qəfəsindən ağır yaralanıb. Polis cavab atəşi ilə Mirzə Əliyevi zərərsizləşdirib.
Nazirliyin açıqlamasında bildirilib ki, saxlanılan şəxslər uzun müddətdir "qanuni oğrular"la əlaqə saxlayır, onlardan təlimat alır və maliyyə mübahisələrinə müdaxilə edərək təhdid və zor tətbiq ediblər. Eyni zamanda, cinayətkar qruplaşma üzvləri tərəfindən "oğru söhbətləri" təşkil olunub, şərtlərə əməl etməyən şəxslər cərimələnib və ölüm ilə hədələnib.
Məlumata görə, əməliyyat zamanı kriminal avtoritet kimi tanınan Elmuraz Məmmədov da saxlanılanlar arasında olub və prosesdə mühüm rol oynayıb. Axtarışlar zamanı şübhəlilərin evlərindən komputer və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır.
DİN rəhbərliyinin açıqlamasında qeyd olunub ki, əməliyyatlar nəticəsində bir neçə il öncə qeydə alınmış qanunsuz silah dövriyyəsi faktı da ifşa edilib və şübhəlilərdən Davit Çubinidze həbs olunub, Davit Mikadze barəsində isə qiyabi ittiham veriləcək.
Faktlarla bağlı istintaq davam etdirilir, saxlanılan şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 05 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri