Gürcüstanda qrip infeksiyasının yüksək səviyyəsi davam edir
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanda infeksion xəstəliklərə yoluxma hallarının 70 faizi qrip virusları ilə əlaqədardır. Ən çox yayılanı isə Honkonq virusudur.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi İaşvili Uşaq Mərkəzi Xəstəxanasının tibb direktoru, professor İvane Çxaidze bildirib.
Onun sözlərinə görə, ölkədə qripin yayılmasının pik həddə çatdığını demək hələ tezdir. "Gürcüstanda qrip infeksiyasının yüksək səviyyəsi davam edir, Honkonq virusu adlanan H3N2 tipli virusun dominantlığı müşahidə olunur. Ambulator və stasionar müəssisələr hələ ən yüksək göstəriciyə çatmayıb. Baxmayaraq ki, bu göstərici ötən illə müqayisədə bir qədər yüksəkdir”, - deyə o diqqətə çatdırıb.
Baxış sayı:31
Bu xəbər 06 Yanvar 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















