Gürcüstanda etirazlar davam edir
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisidə müxalifət partiyalarının liderləri və onların tərəfdarları parlament seçkilərinin nəticələrinə qarşı yürüşləri davam etdirirlər.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.
Onlar müxalifət partiyası "Lelo"nun ofisinin yerləşdiyi paytaxtın dəmir yolu vağzalına toplaşıblar. Planlaşdırılan mitinqdə iştirak etmək üçün parlament binasının yerləşdiyi əraziyə gediblər. Yürüş iştirakçıları əllərində Gürcüstanın və Aİ-nin bayraqlarını tutublar. Onlar ölkədə keçirilən seçkilərin saxtalaşdırıldığını və təkrar səsvermənin keçirilməsini tələb edirlər.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səs toplayaraq, qalib olub.
Türkan İSGƏNDƏRLİ
Baxış sayı:115
Bu xəbər 04 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















