Icma.az
close
up
RU
Menu

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

AAYDA ya məxsus bu idarələr ləğv olundu

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

İlham Namiq Kamalın oğlu məzun oldu

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

Gürcüstanda siyasi proseslərin qalibi məlumdur ŞƏRH

Gürcüstanda siyasi proseslərin qalibi məlumdur ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Əgər qərbin dəstəyi ilə Zurabişvili hər hansı bir cinayət xarakterli addım atsa, onun həbsi də qaçılmaz olacaq


Gürcüstanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır. ABŞ və Avropa İttifaqı isə Gürcüstan üzərində təzyiqləri artıraraq hüququn aliliyinə riayət olunmasını tələb edir. Baş verənlər fonunda parlamentin legitimliyi məsələsi də artıq narahatlıq doğurur. Son günlər aksiyalarda bir az səngimə müşahidə edilsə də, bir çox ekspert Gürcüstanın hazırkı vəziyyətini “fırtınaqabağı sakitlik” kimi dəyərləndirir.


Qeyd edək ki, qonşu ölkədə seçkiləri “Gürcü arzusu” Partiyası qazanıb, öz namizədləri Mixail Kavelaşvilinin prezident seçilməsinə nail olsa da, qərb ölkələri  Gürcüstan hökumətinə sanksiyalar tətbiq etməklə yanaşı yeni seçilmiş Prezident Mixeil Kavelaşvilinin də legitimliyini tanımır. Göründüyü kimi, avropalı deputatlar Gürcüstana öz istədikləri şəxsi "legitim prezident" postuna "təyin" etməklə dünya siyasətinə "qeyri-legitim" ənənə gətirir. Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib. Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlı qətnaməni 400 deputat dəstəkləyib, 63-ü əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb. Qətnamədə Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb. Gürcüstanın hökumət nümayəndələri isə hesab edir ki, Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəyə malik deyil və əsasən simvolik xarakter daşıyır – onlar Avropa Parlamentinin deputatlarının siyasi mövqeyini ifadə edirlər.  

“Avropa Parlamentinin qətnaməsi Gürcüstan dövlətinə qarşı növbəti hücumdur və bizə eyni qüvvələr tərəfindən idarə olunan 9 illik ağır rejimi xatırladır. Bu qətnamənin bizim üçün heç bir dəyəri yoxdur. Bu, artıq altıncı ədalətsiz sənəddir və Gürcüstan dövlətinə qarşı növbəti hücumdur”. Bunu ölkənin Baş naziri İrakli Kobaxidze deyib.  Baş nazirin sözlərinə görə, bu cür qərarlar Avropa bürokratiyasının nüfuzuna Gürcüstan cəmiyyətinin gözündə mənfi təsir göstərir.

Qeyd edək ki, Salome Zurabişvilinin prezident kimi Konstitusion səlahiyyət müddəti dekabrda bitib. Yeni prezident də seçilib, artıq öz vəzifəsinin icrasına da başlayıb. Ancaq Avropa Parlamenti iddia edir ki, Salome Zurabişvili hələ də Gürcüstanın qanuni prezidentidir.

Yeri gəlmişkən, prezidentə yaxınlaşan şəxslər ona alçaldıcı ifadələrlə təhqir edərək yumurta atıblar. İnsidentin görüntüləri sosial şəbəkələrdə yayılıb. Atılan yumurtalardan bir neçəsi sabiq prezidentə və onun mühafizəçilərinə dəyib. Qeyd edək ki, analoji hücum dünən sabiq baş nazir, müxalif “Gürcüstan naminə” Partiyasının lideri Giorgi Qaxariyaya da edilib. Qaxariya hücumun hakim partiya tərəfindən təşkil edildiyini qeyd edib və polisi fəaliyyətsizlikdə ittiham edib.



Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az”a açıqlamasında bildirib ki, 3 aydan artıqdır Gürcüstanda siyasi vəziyyət ağır olaraq qalır. 

Hazırda Gürcüstan siyasi elitasının üç hissəyə bölündüyünü vurğulayan politoloq deyib ki, elitanın bir hissəsi qərbə, digər hissəsi Rusiyaya inteqrasiyanı dəstəkləyir. Üçüncü qrup hissə Gürcüstanın gələcəyini fikirləşən milli qüvvələrdir. Hər nə qədər əsas mübarizə qərbpərəstlərlə hökumət arasında getsə də, milli qüvvələr də prosesin içərisindədir. Qeyd edək ki, qonşu ölkədə gərginlik “Xarici agentlər haqqında” Qanunun qəbulundan başladı və bu qanunun qəbul olmasına Qərb ölkələrindən etirazlar gəldi. Qərbin marağı Gürcüstana təsir edəcək imkanların əlindən çıxmamasıdır. Çünki Gürcüstan Qərbin Orta Asiya və Azərbaycanla bağlı planlarının, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi üçün mərkəz kimi çıxış edirdi. Gürcüstan kimi ölkələrdə təsirini saxlamaq üçün Qərb qeyri-hökumət təşkilatlarını, fondları və medianı maliyyələşdirməklə “paralel hökumət” formalaşdıra bilir. Qanunun qəbulu ilə bütün bunların qarşısı alındı. Qərbin məqsədi Gürcüstanı Rusiyaya qarşı istifadə etmək və Gürcüstan xalqının milli-mədəni, etnik dəyərlərinə zidd layihələri həyata keçirməkdir. Haqlı olaraq da xalqın səsi ilə seçilmiş mövcud hakimiyyət bu planın baş tutmasına imkan verməmək istəyir. Yəni Gürcüstandakı etirazların səbəbi nə demokratiya, nədəki seçkilərdi, Qərbin planının, layihələrinin həyata keçirilməsinin qarşısının alınmasıdır.


S.Hümbətov həmçinin əlavə edib ki, qərb Gürcüstanda dominantlığı ələ almaq üçün Salome Zurabişvilini legitim  prezident olaraq tanıdığını iddia etməklə orada baş verən prosesləri idarə etmək istəyir: 

“Lakin artıq siyasi proseslərin qalibi məlumdur. Əgər qərbin dəstəyi ilə Zurabişvili hər hansı bir cinayət xarakterli addım atsa, onun həbsi də qaçılmaz olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 04:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see597

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see427

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see401

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see354

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see294

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see255

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see218

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see199

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see198

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

02 İyul 2026 09:16see190

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see175

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

02 İyul 2026 11:44see174

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see168

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see167

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see164

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

02 İyul 2026 07:48see164

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see160

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see160

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see156

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri