Icma.az
close
up
RU
Gürcüstanda uğur qazanmış soydaşlarımız mükafatlandırılıb

Gürcüstanda uğur qazanmış soydaşlarımız mükafatlandırılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Tbilisi, 28 dekabr, AZƏRTAC

Marneuli şəhərində 24News.ge xəbər portalı və internet televiziyası tərəfindən Gürcüstan azərbaycanlıları arasında fəaliyyəti, çalışdıqları sahələr üzrə uğurları ilə seçilən insanların mülafatlandırıması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, bələdiyyə üzvləri, jurnalistlər, ziyalılar və gənclər iştirak ediblər.

24News.ge xəbər portalının təsisçisi, jurnalist Azər Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edib, onlara yeni ildə uğurlar arzulayıb.

Bildirilib ki, cari il ərzində media nümayəndələri və ictimai fəallar tərəfindən aparılan müşahidələr əsasında Gürcüstan azərbaycanlıları arasında müxtəlif sahələr üzrə fəal şəxslər seçilib və onların mükafatlandırılması qərara alınıb. Mükafatlar cəmiyyətdə, mərkəzi mediada və beynəlxalq platformalarda Gürcüstan azərbaycanlılarını layiqincə təmsil edən, ictimai fəallığı ilə seçilən şəxslərə təqdim edilib.

A.Məmmədov bildirib ki, təşəbbüsün əsas məqsədi icma üzvləri arasında aktivliyi təşviq etmək, gəncləri və ziyalıları ictimai, mədəni və peşəkar fəaliyyətə həvəsləndirməkdir.

Çıxış edənlər bu cür nominasiyaların Gürcüstan azərbaycanlılarının inteqrasiyasında, eyni zamanda milli-mənəvi dəyərlərin təbliğində mühüm stimul rolunu oynadığını vurğulayıblar. Qonaqlar həmçinin, 2018-ci ildən fəaliyyət göstərən 24News.ge xəbər portalının və 24News TV internet televiziyasının bölgədə geniş oxucu və tamaşaçı auditoriyasına malik olduğunu, müxtəlif sahələr üzrə ardıcıl və təqdirəlayiq fəaliyyət göstərdiyini qeyd ediblər.

Sonda on nominasiya üzrə – "İlin xanım polis mayoru", "İlin ən yüksək bal toplayan tələbəsi", "İlin ən yaxşı rəqs müəlliməsi", "İlin ən yaxşı tar ifaçısı", "İlin ən fəal müəllimi", "İlin ən fəal təşkilat rəhbəri", "İlin ustad aşığı", "İlin ən yaxşı solisti", "İlin ən yaxşı futbol müəllimi" və "İlin xalça ustası" nominasiyaları üzrə mükafatlar təqdim olunub.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri