Icma.az
close
up
RU
Gürcüstanda xalq öz həlledici sözünü deyəcək, lakin... Ekspert

Gürcüstanda xalq öz həlledici sözünü deyəcək, lakin... Ekspert

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Düşünürəm ki, Gürcüstanda yeni prezidentin seçilməsindən sonra müxalifətin etiraz dalğası tədricən zəifləyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Gürcüstanda seçilən yeni prezident Mixeil Kavelaşvilinin legitimlik problemi barədə danışarkən deyib.

"Bir neçə səbəbdən "Gürcü Arzusu" hökuməti bu etirazlara davam gətirəcək. Səbəblərdən biri də odur ki, hakimiyyətin də ölkə daxilində güclü dəstəyi var. Amma uzaq perspektivdə gürcü xalqı hakimiyyətin bu addımını, zorakılığı hökumətə bağışlamayacaqlar. Nə zamansa xalq öz həlledici  sözünü deyəcək. Lakin yaxın zamanlarda bu gözlənilmir. İndiki mərhələdə iqtidar təpkiyə davam gətirmək gücündədir", deyə Arif Əliyev bildirib.


Ekspert prezident seçkisində də iqtidarın məsələyə ehtiyatlı yanaşdığını düşünür: 

"Gürcüstanda prinsipcə heç nə prezidentdən asılı deyil. Qanunvericiliyə olan düzəlişlərdən sonra ölkə prezidentinin səlahiyyətləri xeyli azalıb. Prezident daha çox təmsilçi funksiyasını yerinə yetirən orqandır. Zurabişvili də məhz bu cür təmsilçilik funksiyasını yerinə yetirirdi. Yeni seçilən prezident də həmin funksiyanı yerinə yetirəcək. Amma bir fərq var ki, yeni prezident bu funksiyanı bilavasitə hakim partiyanın tapşırıqları əsasında yerinə yetirəcək. Hərçənd Zurabişvili də əvvəlki dönəmdə vəzifəsinə eyni cür başlamışdı. Sonradan müəyyən fikir ayrılığı yarandı. Bu mənada yeni prezidentin də gələcəkdə Zurabişvilinin etdiklərini təkrarlayacağını gözləmirəm. İqtidar bu dəfə məsələyə ehtiyatlı yanaşıb".

Qeyd edək ki, Gürcüstan nəhayət yeni prezidentini də seçdi. Bu, Mixeil Kavelaşvilidir. Lakin hazırkı prezident Salome Zurabişvili onu və parlamenti legitim hakimiyyət kimi tanımayaraq, kreslosunu tərk etməyəcəyini bəyan edib. Bu isə o deməkdir ki, Zurabişvili ölkənin yeni prezidenti seçildikdən sonra da belə müxalifəti mübarizəni davam etdirməyə çağırır. Bununla belə, etiraz aksiyalarının zəiflədiyi də sezilməkdədir. Belə ki, Kavelaşvilinin seçilməsindən sonra təyin edilən aksiyada cəmi bir neçə yüz nəfər iştirak edib. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri