Icma.az
close
up
RU
Onlara pensiya əlavəsi veriləcək: deputat açıqladı SİYAHI

Onlara pensiya əlavəsi veriləcək: deputat açıqladı SİYAHI

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bir sıra sabiq yüksək vəzifəli şəxslərin, dövlət qulluqçularının, keçmiş deputatların, diplomatik xidmət əməkdaşlarının və hərbi qulluqçuların əmək pensiyalarına aylıq sabit məbləğdə əlavə ödənilməsi nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov sbildirib.

Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda aylıq pensiya əlavəsi mexanizminə keçilir. Dəyişikliklər Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Deputat bildirib ki, aylıq sabit əlavə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş müəyyən kateqoriyadan olan əmək pensiyaçılarına şamil ediləcək.

V.Bayramov qeyd edib ki, sabit pensiya əlavəsi azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, baş nazirə və baş nazirin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının baş nazirinə və onun müavinlərinə, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinə və müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə, eləcə də Naxçıvan Muxtar Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə aid olacaq.

Əlavənin şamil ediləcəyi şəxslər sırasına yerli icra hakimiyyəti başçıları, Media və Yayım Şurasının, habelə 2023-cü il dekabrın 27-dək mövcud olmuş Naxçıvan Televiziya və Radio Şurasının üzvləri də daxildir.

Deputatın sözlərinə görə, sabit əlavə sabiq dövlət qulluqçularına, deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara, Hesablama Palatasının üzvü kimi eyni şərtlə sığorta stajı toplamış sabiq üzvlərə də şamil ediləcək.

Bundan başqa, insan hüquqları üzrə müvəkkil və Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifələrində azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq ombudsmanlar, eləcə də 2026-cı il aprelin 10-dək mövcud olmuş Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili bu kateqoriyaya daxil ediləcək.

Sabit pensiya əlavəsi Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq üzvlərə də aid olacaq. Həmçinin diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşları, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçuları bu mexanizmdən yararlana biləcəklər.

“Pensiya əlavəsinin tətbiq ediləcəyi şəxslərin siyahısı kifayət qədər genişdir. Pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiyaları yeni qaydalar əsasında təyin ediləcək”, – deyə deputat vurğulayıb.

V.Bayramov əlavə edib ki, aylıq sabit pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunacaq və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qanuna edilən dəyişikliklər təsdiqlənəcəyi təqdirdə, aylıq əlavəni təyin edəcək qurum da müvafiq fərmanla müəyyənləşdiriləcək.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri