Icma.az
close
up
RU
Gürcüstanda yaşanan gərginliklər nədən xəbər verir?

Gürcüstanda yaşanan gərginliklər nədən xəbər verir?

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanda 26 oktyabrda keçirilmiş parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının qələbə qazanmasından sonra yerli müxalifət və Qərb dairələri seçkilərin hökumət tərəfindən saxtalaşdırıldığını iddia edərək etiraz aksiyaları keçirməyə başladılar. Bütün bunlara baxmayaraq, hökumət parlamentin ilk iclasını keçirdi və toplantıda hakim partiyanın yaradıcısı Bidzina İvanşvili də iştirak etdi. Müxalifət partiyalarının bir sıra deputatları isə həmin toplantıya qatılmaqdan imtina etdilər.

Noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin “2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik” deməsindən sonra başda paytaxt Tbilisi olmaqla, ölkənin bir sıra şəhərlərində xalq küçələrə axışaraq mitinqlər keçirməyə başladı. Hətta Gürcüstan prezidenti Salome Zurabaşvili də mitinqlərə qatılaraq, xalqla həmrəy olduğunu bildirdi. Ölkə prezidenti parlamentin legitimliyini tanımadığını və vəzifəsindən istefa verməyəcəyini bəyan etdi. Zurabaşvili bu gün Fransa mətbuatına açıqlamasında isə qeyd edib ki, xüsusi təyinatlı polislər narkotikin təsiri altında Rusiyanın sifarişlərini yetirməklə məşğuldurlar.

Digər tərəfdən  Kobaxidze də bu gün bildirib ki, Gürcüstan hakimiyyəti Tbilisi və ölkənin digər şəhərlərində etirazlar davam etdiyi müddətcə müxalifətlə heç bir danışıqlar aparmayacaq. Görünən odur ki, hakimiyyət müxalifətin tələblərinə boyun əymək və Avropa İttifaqı ilə bağlı verdiyi qərarı geri çəkmək niyyətində deyil.

Əslində Gürcüstan Qərblə Rusiyaya arasında yaşanan savaşın digər məkanına çevrilməyin astanasındadır. Qərb Tbilisi hakimiyyətinə müxtəlif təzyiqlər edərək, Rusiyaya qarşı ikinci cəbhənin açılmasına çalışırdı. Gürcüstan hakimiyyəti isə buna imkan vermədi və bundan sonra  Qərb dairələri ölkəyə ayrılan maliyyə yardımlarını dayandırmağa başladılar.

Qərb mətbuatı  Gürcüstanda baş verən olayları gündəmdən çıxarmır və yazılarda anti-Rusiya təbliğatı açıq-aydın görünür. Amma bütün cəhdlərə baxmayaraq aksiyalar kulminativ fazaya keçmir. Çünki Gürcüstanda yaşayan əhalinin çoxu anlayır ki, onların ölkəsi Rusiya-Qərb qarşıdurması kimi qlobal münaqişəyə girmək üçün çox kiçik və zəifdir. Gürcü xalqının əksəriyyəti Ukraynanı gözlərinin önünə gətirərək Qərbin bu çirkin niyyətlərinin arxasınca qaçmaq niyyətində deyil. Onlar artıq başa düşüblər ki, Rusiyaya qarşı burada ikinci cəbhənin açılması Gürcüstanın məhvinə gətirib çıxaracaq. Ortada həm də bir zamanlar Qərbin "sevimlisi" olan Mixail Saakaşvilinin acı taleyi var.. 

Qərb üçün insanların taleyi və bu ölkənin rifahının pozulması maraqlı deyil. Bu gün insanları yalançı vədlərlə şirnikləndirsələr də çox ehtimal ki, bu dəfə alınmayacaq. Yəni görünən odur ki, ölkədəki etiraz aksiyaları tədricən səngiyəcək və hazırkı hökumət öz mövqeyini qoruyub saxlamağı bacaracaq. Hazırkı şərtlərdə də bu variant gürcü xalqı üçün daha əlverişlidir.

Daşqın Həsənov

Missiya.Az



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri