Icma.az
close
up
RU
Menu

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

Millət vəkili: Artıq Qarabağ dan çəkinməyən klub yoxdur

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

Kənanla Afranın serialında o da olacaq Foto

Dünya çempionu klubunu dəyişdi

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

ABŞ da atışma zamanı 3 polis öldürülüb

Azərbaycan iqtisadi qüdrətini bərpa etdi İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI VİDEO

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

Qərbi Azərbaycan Xronikası: Böyük Ermənistan xülyası necə uydurulub?

“İnsanın gələcəyi: Genlərdən çox mədəniyyət bizi dəyişdirir“ Yeni elmi araşdırma

Dizləri, oynaqları ağrıyanlar Bu payız meyvəsini yesin

İstanbul müftisi Türkiyənin Diyanət İşləri İdarəsinin sədri təyin edilib

Yaşlanmaqdan qorxanlar oxusun!

Sabah Bakının bu rayonunda su olmayacaq

Liftlərə qənim kəsilənlər

Gürcüstanda yeni inqilab anonsu

Gürcüstanda yeni inqilab anonsu

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son iki ildə dost və qonşu Gürcüstanın siyasi həyatında bir sıra ziddiyyətli proseslər izlənilir. Müşahidə edilən odur ki, hansısa qüvvələr rəsmi Tbilisiyə müəyyən diktələri qəbul etdirməyə, hakimiyyəti təzyiq altında saxlamağa davamlı səy göstərirlər. Bundan ötrü müxtəlif çirkin ssenarilər işə salınır, manipulyasiyalara əl atılır. Parlamentdə müzakirələrə çıxarılan “Xarici Təsirin şəffaflığı” və gürcü xalqının ailə dəyərlərinin, milli ləyaqətinin qorunmasına hesablanan qanunların qəbulu, parlament və prezident seçkiləri ciddi ajiotajla müşayiət olundu. Son günlər eyni qüvvələrin Gürcüstanda yeni inqilab ssenarisi hazırladıqlarının anonsu edilir.

Xaricdən maliyyələşən bəzi QHT-lərin anti-dövlət fəaliyyəti

Yeni inqilab ssenarisi hazırlıqlarının anonsunun rəsmi şəxslərin dilindən eşidilməsi vəziyyətin ciddiliyindən xəbər verir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi qeyri-hökumət təşkilatlarının (QHT) xarici maliyyə hesabına anti-dövlət fəaliyyətlərdə iştirak etdiyini və inqilabi proseslər aparmağa cəhd göstərdiyini bildirib. Yerli mətbuatın yazdığına görə, Baş nazir bunu Acarıstanda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, həmin məsələlər hüquq-mühafizə orqanlarının araşdırma predmetidir: “Qiqaurinin təxribat işində dindirilməsinin təfərrüatlarını bilmirəm, bu mənim işim deyil. Amma hamınız yaxşı bilirsiniz ki, QHT-lər bilavasitə anti-dövlət aksiyalarında iştirak ediblər, xaricdən maliyyə vəsaiti hesabına inqilabi proseslər aparmağa cəhd ediblər. Qalanını hüquq-mühafizə orqanları müzakirə edəcək”.

Kobaxidze, həmçinin 2022-ci ildə Avropa İttifaqının Gürcüstana namizəd statusu verməməsinə etiraz aksiyalarını xatırladıb. “Xatırlayıram ki, 2022-ci ilin iyununda Avropa İttifaqı haqsız olaraq bizə namizəd statusu vermədikdə, Eka Qiqauri və “Transparency International” nümayəndələri səhnəyə çıxaraq hökumətin istefasını və öz iştirakı ilə yeni hökumətin yaradılmasını tələb edirdilər. Bu, QHT-lərin işi deyildi, dövlət əleyhinə hadisə idi”.

Baş nazir bu günlərdə “İmedi” telekanalına müsahibəsində isə daha ciddi məsələlərə toxunub. O bildirib ki, Tbilisidə paytaxt meri Kaxa Kaladzenin seçki qərargahı qarşısında keçirilən etiraz aksiyaları xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilir. “Qərargaha gedən bu adamlar, bəziləri birbaşa, bəziləri yox, bəzilərinin bundan xəbəri belə yoxdur, xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Bütün bunlar birbaşa xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilir”, - deyə Kobaxidze bildirib.

Kobaxidze baş verənləri “faciəvi hadisələr” kimi dəyərləndirib. Onun sözlərinə görə, etirazçılar “bütün şəxsiyyətlərini itiriblər”.

Oxşar məzmunlu açıqlamalar digər rəsmi şəxslərdən də gəlməkdədir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili vəziyyəti daha ciddi dəyərləndirib. O bildirib ki, bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT-lər zorakılıq yolu ilə hakimiyyət rıçaqlarını ələ keçirməyə çalışırlar.

Ş.Papuaşvili sözügedən qüvvələrin demokratik çərçivədən kənara çıxdığına diqqət çəkib. “Hər kəsə xatırladıram ki, hakimiyyət mandatının əldə edilməsinin yeganə yolu seçkilərdir. Bu qruplar - yəni, partiyalar və xaricdən maliyyələşən QHT-lər bəyan ediblər ki, onlar demokratik çərçivədən çıxırlar və mandatı, hakimiyyət rıçaqlarını zorakı yolla əldə etməyə çalışırlar. Bu, məhz hakimiyyətin devrilməsi ilə bağlı bəyanatdır və başqa cür yozula bilməz” - deyə Papuaşvili vurğulayıb.

Parlamentin sədri, həmçinin deyib: “Fakt ondan ibarətdir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Onların davranışından da aydın görünür ki, yeganə məqsədləri bu cəmiyyəti və dövləti qeyri-adi, fövqəladə vəziyyətə salmaq üçün təxribatlar törətməkdir. Bu, təhlükəli bir yoldur. Xaricdən idarə olunan bir neçə partiya və QHT bu yolla gedir. Bu, birbaşa Maydana - qan tökülməsinə, qarşıdurmaya aparan yoldur”.

Qrantlarla ələ alınan QHT-lər

Ötən il qonşu Gürcüstanda milli maraqların qorunmasını hədəfləyən qanunların qəbulu, həmçinin parlament və prezident seçkiləri zamanı baş verənlər ölkədə xarici dairələrə bağlı olan geniş agentura şəbəkəsinin formalaşdığını və bunun dövlətçilik üçün ciddi təhdidlər yaratdığını bütün ciddiliyi ilə ortaya qoydu. Qərbdə  “yumşaq güc” - qrantlar müqabilində ələ alınan qeyri-hökumət təşkilatları üzərindən formalaşdırılan “beşinci kolon” vasitəsilə milli dövlətlərə təsir göstərmək, oyuncaq rejimlər qurmaq uzun tarixə malik bir ənənədir.

Vəziyyətin ciddiliyini bütün miqyası ilə göz önündə canlandırmaqdan ötrü qonşu ölkənin vətəndaş cəmiyyəti sektoruna nəzər salaq. Mənzərə həqiqətən heyrət doğurur. 2024-cü ilin məlumatına əsasən, burada aktiv fəaliyyət göstərən 25 min qeyri-hökumət təşkilatı var. Gürcüstanın 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir, yəni hər 148 Gürcüstan vətəndaşına, demək olar ki, bir QHT düşür. Narahatlıq yaradan ən mühüm məqam ondan ibarətdir ki, ölkədə qeydiyyata alınan QHT-lərin təxminən  90 faizi xaricdən maliyyələşir.

Donor təşkilatlarının siyahısında yenə də dünyanın ayrı-ayrı ölkələrində rəngli inqilablar və milli hökumətlərə qarşı digər pozuculuq əməlləri törətmiş təşkilatlar  -  Avropa İttifaqı, ABŞ-ın keçmiş administrasiyası, Soros Fondu kimi müxtəlif qurumlar yer alırlar. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan,  D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi və artıq ləğv olunan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Verilən məlumatına görə, Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar.

Adları çəkilən donorlar digər ölkələr kimi, Gürcüstanı da xüsusi məqsədlər naminə, necə deyərlər, özününküləşdirməyə çalışıblar və müəyyən mənada buna nail olublar. Qısa müstəqillik tarixində qonşu ölkə bir neçə rəngli inqilab dalğasından keçib və onların nəticələri milli dövlətçilk üçün kifayət qədər ağır olub. Belə ki, ölkə ərazi itkilərinə məruz qalıb. İndi hakim komanda dövlət quruculuğunda buraxılmış səhvləri nəzərə almaqla ölkənin real müstəqilliyinə və tam suverenliyinə nail olmaq istəyir və bu istiqamətdə qətiyyətli addımlar atır.

Hakimiyyət mövqeyində israrlıdır

Ayrı-ayrı Avropa təsisatları ilə Gürcüstan arasında çatlar  dərinləşməkdə davam edir. Son bir ildə Avropa Şurası Parlament Assambleyası rəsmi Tbilisinin siyasi kursunu hədəfə alan bir neçə qərəzli qətnamə qəbul edib. Eyni zamanda, bir vaxtlar Gürcüstana yanaşmada xüsusi həssaslıq sərgiləyən, bu ölkəni öz sıralarına qatmaq vədləri verən Avropa İttifaqı (Aİ) indi tamam əks mövqedən çıxış edir. Qurum indiyədək Gürcüstan -Aİ yaxınlaşmasında əldə olunan razılaşmalardan geri çəkilir, etimad bağları bir-birinin ardınca qırılır.

Artıq Gürcüstanda qurulan ssenarilərdə xarici dövlətlərin bu ölkədəki səfirlərinin iştirakı ilə bağlı dəlil- sübutlar da artır. Baş nazir İrakli Kobaxidze Avropa dövlətlərinin  bəzi səfirliklərinin ölkədə radikal proseslərin təşviqində iştirak etdiyini bildirib. Baş nazir bu barədə Britaniya səfirliyində müxalif siyasətçilər Qiqa Bokeriya və Gia Baramidzenin iştirakı ilə keçirilən görüşlə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. “Təəssüf ki, Avropanın bir neçə səfirliyi Gürcüstanda radikalizmin qızışdırılmasında birbaşa iştirak edir. Onlar radikallarla tez-tez görüşürlər və bu, acınacaqlı haldır. Konkret səfirliklər radikalizmi təşviq etdikdə, bu, Gürcüstan cəmiyyətinin də diqqətindən yayınmır və ciddi şəkildə mənfi qarşılanır”, - deyə Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, belə hallar Avropa İttifaqının və ümumilikdə Avropa dövlətlərinin imicinə mənfi təsir göstərir. Fikirlərinə davam edən Baş nazir deyib: “Bu, Gürcüstanda Avropa İttifaqının və Avropa bürokratiyasının imicinə ciddi xələl gətirir. Xüsusən də seçkilərdə iştirak etməyən partiyalarla görüşlərin keçirilməsi daha da anlaşılmazdır”.

İ.Kobaxidze əlavə edib ki, avropalı diplomatların böyük bir hissəsi özlərini gürcü cəmiyyətinə nifrət səfiri kimi təqdim edirlər. “Səfirlərin vicdanla hərəkət etməsi vacibdir” deyən Baş nazir onlara çağırış edib.

Eyni zanmanda, müşahidə edilən odur ki, hakimiyyət başladığı siyasi kursu dəyişmək niyyətində deyil. İrakli Kobaxidze müxalifət lideri Levan Xabeişviliyə qarşı irəli sürülən ittihamlarla bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Gürcüstanda “dövlət çevrilişinin” sülh yolu ilə və ya qeyri-sülh yolu ilə baş verməsi kimi anlayış yoxdur: “Dövlət çevrilişi anlayışı sülh yolu ilə və ya qeyri-sülh yolu ilə deyil. Hazırda iki istiqamət üzrə cinayət işi açılıb - həm çevrilişə cəhd, həm də rüşvət vədi ilə bağlı. Qalanı, təbii ki, məhkəmənin işidir,” - deyə Kobaxidze qeyd edib.

Baş nazir Xabeişvili ilə bağlı bəzi detalları da açıqlayıb: “Mən çox yaxşı bilirəm ki, Xabeişviliyə “Anita” ləqəbini kim verib və kim ona əvvəl 3 min, sonra isə 5 min lari ödəyib”.

Kobaxidze əlavə edib ki, gələcəkdə də siyasi motivli cinayətlərə qarşı qanun daha sərt tətbiq olunacaq: “Korrupsiya, narkotik, təşkilatlanmış cinayətkarlığa qarşı necə sərt addımlar atmışıqsa, siyasi motivli cinayətlərdə də eyni olacaq. Bu, narkomanlara, təşkilatlanmış cinayətkarlara sərf etmir, amma cəmiyyət üçün vacibdir”.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

18 Sentyabr 2025 00:06see502

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 Sentyabr 2025 17:42see413

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

18 Sentyabr 2025 01:23see257

Millət vəkili: Artıq Qarabağ dan çəkinməyən klub yoxdur

17 Sentyabr 2025 18:59see208

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

17 Sentyabr 2025 19:47see161

Kənanla Afranın serialında o da olacaq Foto

17 Sentyabr 2025 17:38see154

Dünya çempionu klubunu dəyişdi

17 Sentyabr 2025 23:46see152

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

18 Sentyabr 2025 01:25see139

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

18 Sentyabr 2025 00:37see134

ABŞ da atışma zamanı 3 polis öldürülüb

18 Sentyabr 2025 02:52see131

Azərbaycan iqtisadi qüdrətini bərpa etdi İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

17 Sentyabr 2025 17:02see130

22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI VİDEO

18 Sentyabr 2025 00:25see128

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

17 Sentyabr 2025 19:19see127

Qərbi Azərbaycan Xronikası: Böyük Ermənistan xülyası necə uydurulub?

17 Sentyabr 2025 22:39see127

“İnsanın gələcəyi: Genlərdən çox mədəniyyət bizi dəyişdirir“ Yeni elmi araşdırma

17 Sentyabr 2025 23:42see127

Dizləri, oynaqları ağrıyanlar Bu payız meyvəsini yesin

17 Sentyabr 2025 21:02see125

İstanbul müftisi Türkiyənin Diyanət İşləri İdarəsinin sədri təyin edilib

18 Sentyabr 2025 02:28see125

Yaşlanmaqdan qorxanlar oxusun!

18 Sentyabr 2025 03:24see125

Sabah Bakının bu rayonunda su olmayacaq

18 Sentyabr 2025 22:53see122

Liftlərə qənim kəsilənlər

17 Sentyabr 2025 19:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri