Gürcüstandan azərbaycanlı da daxil 107 əcnəbi deportasiya edilib
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Gürcüstandan son günlərdə 107 xarici ölkə vətəndaşı deportasiya edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində 19 ölkənin vətəndaşını ölkədən çıxarıblar.
Deportasiya edilənlər arasında İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya və Tayland vətəndaşları da var.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Qeyd edək ki, bu ilin əvvəlindən Gürcüstanın Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən ölkədən təxminən 3 300 xarici vətəndaş deportasiya edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















