Icma.az
close
up
RU
Gürcüstanı hərə bir tərəfə dartır ŞƏRH EDİLDİ

Gürcüstanı hərə bir tərəfə dartır ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

"Gürcüstanda qeyri-adi heç nə baş verməyəcək, yəni indiki mərhələdə müəyyən narahatlıq, narazılıq var. Amma bunlar keçicidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.O bildirib ki, bəlli müddət sonra ara sakitləşəcək, hər şey yoluna düşəcək: "Gürcüstan özünün müstəqil inkişaf yolunu seçir. Təbii ki, Gürcüstanı hərə bir tərəfə dartır. Bir tərəfdə Rusiya, bir tərəfdə Qərb, hər kəs istəyir ki, Gürcüstan onun yanında olsun. Amma Gürcüstanın da ali dövlət ağlı düşünür ki, özü öz yolunu müəyyən etməlidir. Yəni kimin harasa çəkməsi yox, sadəcə olaraq Gürcüstan xalqının mənafeyi nəyi tələb edirsə, onu etməlidir. Ona görə də, indiki şəraitdə qarşı duran tərəflərdən danışa bilərik. Bəlli müddətdən sonra bu qarşıdurmalar səngiyəcək, heç bir narahatlıq olmayacaq. Sakit məcrada hər şey davam edəcək. Gürcüstanın əsas məsələsi Rusiyanın işğalı altındakı Abxaziya və Güney Osetiyanın azad edilməsidir. Ona görə Gürcüstan bir qədər narahat şəkildə hazırkı mərhələni keçir, keçəcək də, normal şəkildə bitirəcək də. Ümid edək ki, Rusiya da nəhayətdə normal yanaşma sərgiləyib işğal etdiyi Gürcüstan ərazilərindən əl çəkəcək. Çəkməyəcəyi təqdirdə növbəti mərhələdə Gürcüstan artıq birmənalı şəkildə Rusiyadan imtina edib Qərbə meyillənəcək. Onda da, yəqin ki, xalqın böyük əksəriyyəti Qərbə meyilliliyin tərəfində olacaq"."Azərbaycanla bağlı elə bir narahatlıq yoxdur. Azərbaycan istərdi ki, Gürcüstanda sabitlik olsun, özəlliklə də indiki hakimiyyət qorunub saxlansın. Çünki Azərbaycan dövləti ilə bu hakimiyyət çox yaxşı anlaşa bilir. Bizim Gürcüstan hakimiyyəti ilə narahatlığımız yoxdur. Təbii ki, söhbət hökumətdən gedir. Prezidentlə problem var. Zurabişvili keçmiş fransız vətəndaşı olub, həm də Fransanın Gürcüstandakı səfiri olub. İndiki davranış və yanaşması da Fransadan heç fərqlənmir. Faktiki olaraq az qala müharibə etmək fikrindədir. Amma yaxşı ki, o qərarverici durumda deyil. Əsas məsələ hökumətin əlindədir. İndiki hökumətlə də Azərbaycanın problemi yoxdur. Üstəlik də parlament seçkilərindən sonra Gürcüstanın hakim partiyası yenə də eyni adamın baş nazirliyə namizədliyini irəli sürüb. Səs çoxluğunun yuxarı olduğuna görə də təsdiqlənəcək. Azərbaycanla münasibətlər normal məcrada davam edəcək. Bizim üçün narahatlıq yaradacaq durum hələ ki, yoxdur. Ümumiyyətlə isə Azərbaycan daxildə öz imkanları çərçivəsində elə şərait yaradıb ki, kənardan heç bir siyasi qüvvə, başqa dövlətlər bizim iç işlərimizə qarışa bilmirlər. Ona görə Gürcüstanda, hətta hakimiyyət dəyişmiş olsa belə, yenə də Azərbaycanın itirəcəyi bir şey yoxdur. Xatırlayaq ki, Saakaşvilinin prezidentliyi dönəmində də Azərbaycanla Gürcüstan arasında heç bir problem yaşanmamışdı. Əksinə normal münasibətlər var idi. Baxmayaraq ki, Saakaşvili Qərbin adamı idi. Açıq şəkildə anti-Rusiya mövqeyindən çıxış edirdi. Amma Azərbaycan buna baxmayaraq Gürcüstanla normal münasibətlərdə idi. Ona görə də, indi narahatlıq üçün elə bir əsas görmürəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri