Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

ABŞ Gürcüstanı itirmək istəmir ŞƏRH

ABŞ Gürcüstanı itirmək istəmir ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Vaşinqton Tbilisini orbitinə qaytarmaq üçün siyasi və iqtisadi təzyiqə hazırlaşır

BMT Təhlükəsizlik Şurasında 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü ilə bağlı məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdən sonra Təhlükəsizlik Şurasına üzv olan bir neçə qərb ölkəsi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən birgə bəyanat yayaraq, Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı işğalçı hərbi fəaliyyətlərini pisləyiblər. Birgə bəyanatla çıxış edən ölkələr Abxaziya və Cənubi Osetiyada rus qoşunlarının mövcudluğunu “qanunsuz işğal” adlandırıb və “Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü” dəstəkləyiblər. 


Bəyanatı Böyük Britaniya, Fransa, Sloveniya, Danimarka və Yunanıstan imzalayıb. Amerika Birləşmiş Ştatları isə  17 ildə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının bir neçə üzvünün Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən birgə bəyanatına qoşulmayıb.


Vaşinqtonun bu mövqeyi Gürcüstanda kəskin reaksiyaya səbəb olub. Müxalifət hakim “Gürcü Arzusu” Partiyasını bütün xarici siyasətini iflasa uğratmaqda və “əsas strateji müttəfiqi” – ABŞ ilə münasibətləri pozmaqda ittiham edib. Gürcüstanın işğal edilmiş Abxaziya vilayətindəki separatçı rejimin “xarici işlər nazirinin müavini” İrakli Tujba isə ABŞ-nin Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi fəaliyyətlərini pisləyən sənədi imzalamaqdan imtina etməsini “nümayişkaranə addım” adlandırıb. 

“Rəsmi Vaşinqton ilk dəfə olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın Abxaziya və Cənubi Osetiyada hərbi mövcudluğunu pisləyən sənədi faktiki olaraq rədd etdi. Bu, kifayət qədər indikativ addımdır və daha praqmatik siyasətə fokuslanan ABŞ-nin yeni hakimiyyət orqanlarının Gürcüstanın əsassız ərazi iddiaları ilə bağlı yanaşmalarında əhəmiyyətli dəyişiklikləri göstərir”. 


Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev də Sherg.az-a açıqlamasında ABŞ-nin 17 ildən sonra ilk dəfə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməməsini “Gürcü Arzusu” hökumətinin Qərbdən uzaqlaşması faktoru ilə əsaslandırıb: 


“Son illərdə Gürcüstan hakimiyyəti Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə balansı dəyişərək daha çox Rusiyaya yaxınlaşmağa  çalışır. Bu isə  Vaşinqtonda ciddi narazılıq doğurub. Eyni zamanda Gürcüstan hakimiyyətinin xarici siyasətində anti-Amerika ritorikası yer alıb. Gürcüstan hökumətinin bəzi yüksək vəzifəli şəxsləri ABŞ-ni daxili işlərə qarışmaqda ittiham edərək, “Qərbin diktəsi altında hərəkət etməyəcəyik” mesajı veriblər. Bu ritorika da ABŞ-də Gürcüstanın mövqeyinə inamsızlıq yaradıb.

ABŞ-nin Gürcüstandan əsas gözləntisi onun açıq şəkildə Qərb kursunu davam etdirməsi idi. Amma Tbilisinin Moskva və Pekinlə yaxınlaşma cəhdləri Vaşinqtonda Gürcüstanın “strateji etibarlılığına” inamsızlıq yaradıb. ABŞ-nin bəyanata qoşulmaması strateji münasibətlərin qopması deyil, əksinə, Gürcüstanı “cəzalandıraraq” yolundan döndərmək üçün təzyiq mexanizmidir”.


V.Əfəndiyevin sözlərinə görə, Vaşinqton Gürcüstanı hələ də Cənubi Qafqazda əsas tərəfdaş hesab edir. Əks halda, bu qədər sərt siqnal verməyə də ehtiyac qalmazdı: 

“ABŞ yaxşı anlayır ki, Gürcüstanı tam itirmək regionda təsir imkanlarının azalması deməkdir – xüsusən də Qara dəniz və Rusiya amili fonunda.

Ona görə də məqsəd – Tbilisini “cəzalandırmaq” yox, yenidən Qərb orbitinə qaytarmaqdır. Başqa sözlə, bu addım Vaşinqtonun “biz səninlə tərəfdaşıq, amma doğru xətdən uzaqlaşsan, dəstəyimizi zəiflədə bilərik” mesajıdır. Gürcüstan hakimiyyətinin tezliklə kursunu dəyişəcəyini güman etmədiyimə görə hesab edirəm ki, ABŞ bir neçə istiqamətdə təzyiqini davam etdirəcək. Bu, siyasi-iqtisadi, hərbi təhlükəsizlik və ictimai siyasi təsir vasitələri olacaq. Siyasi alət olaraq Vaşinqton yüksəksəviyyəli görüşləri azaldacaq və bununla da, Gürcüstanı beynəlxalq əlaqələrini zəiflədəcək. Eyni zamanda Avropa Birliyi ilə problemlər yaşayacaq. Artıq Avropa Birliyi Gürcüstana vizasız gediş-gəliş güzəştini aradan qaldırmaq barədə xəbərdarlıq edib”.


Politoloqun fikrincə, iqtisadi təsir vasitəsi olaraq Gürcüstana ayrılan yardım və investisiya yatırılması azaldılacaq. Bu da eyni zamanda təhlükəsizlik məsələlərinə ciddi təsir edəcək: 

“Gürcüstan ordusunun modernləşməsi və NATO standartlarına uyğunlaşdırılmasına təsir edəcək. ABŞ Gürcüstanda vətəndaş cəmiyyətini və müxalif qüvvələri daha açıq dəstəkləyə bilər. Bu, hakimiyyətə daxildən təzyiqi artırar. Nəticə olaraq ABŞ Gürcüstanı tam itirmək istəmir, amma hökumətin Qərbdən uzaq siyasətini qəbul etmədiyini göstərmək üçün həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahəsində təzyiq alətlərinə malikdir. Bu alətlərdən biri və ya bir neçəsi paralel şəkildə işə salına bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2025 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see594

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see569

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see566

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see481

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see442

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see377

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see377

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see368

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see336

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see326

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see324

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see321

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see314

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see310

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see309

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see300

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see300

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see289

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri