Gürcüstanın Azərbaycandan yanacaq alışına çəkdiyi xərc artdı
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 12,6 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
Avtosfer.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 47 % çoxdur.
Yanvarda Gürcüstan xarici ölkələrdən 283 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 109,5 milyon ABŞ dolları, Rumıniyadan 42,5 milyon ABŞ dolları, Türkiyədən 32 milyon ABŞ dolları, Yunanıstandan 19 milyon ABŞ dolları, Kiprdən 17 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
Oxunub 86
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Fevral 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















