Gürcüstanın Baş naziri Cehyun Bayramovla görüşünü şərh etdi
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Gürcüstan dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazırdır.
APA xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra "Facebook” hesabında qeyd edib.
Baş nazir vurğulayıb ki, söhbət zamanı Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə toxunulub, əlaqələrin son illərdəki müsbət dinamikası vurğulanıb.
"Biz birgə infrastruktur və enerji layihələrini müzakirə etdik. Bu layihələrin "Orta dəhliz”in inkişafı prosesində əhəmiyyəti vurğulandı. Ticari-iqtisadi əlaqələr və ölkələr arasında ticarət dövriyyəsinin artmasının müsbət tendensiyalarına diqqət yetirildi. Bölgədəki mövcud vəziyyətə dair söhbət aparıldı. Mən Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqlədim”, - Kobaxidze deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 İyul 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















