Icma.az
close
up
RU
Məhkum dəymiş ziyanı ödəsə, sərbəst buraxıla bilər? CAVAB

Məhkum dəymiş ziyanı ödəsə, sərbəst buraxıla bilər? CAVAB

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bu günə olan mövzu məhkumun dəymiş ziyanı ödədiyi təqdirdə cəzadan qurtulması ilə bağlıdır.

Belə ki, bəzən iqtisadi cinayətlərə görə həbs olunan şəxslər sonradan dəymiş ziyanı ödəyirlər. Bəs onların bu halda cəzadan azad olunmaları mümkündür?

Rubrikamızın sualının cavabı bu günlərdə reallaşıb. Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası dələduzluq cinayətinə görə məhkum edilmiş şəxs barəsində zərərçəkmiş şəxslərlə barışığın əldə olunması və vurulmuş maddi ziyanın tam ödənilməsi hallarını nəzərə alaraq, azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə dair qərar qəbul edib.

İşin hallarına əsasən, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə üç nəfərin əmlakını ələ keçirməkdə ittiham olunub. Belə ki, o, yaxın münasibətdə olduğu qadının etibarından istifadə edərək maddi problemlərinin həlli məqsədilə ona məxsus qızıl-zinət əşyalarını girov qoymaq, sonradan isə geri qaytarmaq vədi verib. Lakin həmin əşyaları geri qaytarmayaraq zərərçəkmiş şəxsə ümumilikdə 57 600 manat məbləğində maddi ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən müdafiə tərəfi apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını xahiş edib. Apellyasiya baxışı zamanı isə alternativ olaraq zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsi və vurulmuş ziyanın tam ödənilməsi nəzərə alınmaqla cəzanın şərti tətbiq edilməsi istənilib.

Bakı Apellyasiya Məhkəməsi iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, birinci instansiya məhkəməsinin təqsirlilik barədə gəldiyi nəticəni əsaslı hesab edib. Bununla yanaşı, cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli olan hallara xüsusi diqqət yetirilib.

Müəyyən edilib ki, məhkum hər üç zərərçəkmiş şəxslə barışıq əldə edib və onlara vurulmuş maddi ziyanı tam həcmdə ödəyib. Zərərçəkmiş şəxslər notariat qaydasında təsdiqlənmiş ərizələrlə məhkumla barışdıqlarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsaslanaraq, zərərçəkmiş şəxslərlə barışığın əldə olunmasını və vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Həmçinin məhkumun əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınıb.

Məhkəmə vurğulayıb ki, cinayət cəzasının məqsədi yalnız şəxsin cəzalandırılması deyil, həm də sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, məhkuma təyin edilmiş 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub.

Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri