Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 7 milyard dollara çata bilər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisi, 14 aprel, AZƏRTAC
Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları artaraq bu ilin sonuna kimi 7 milyard dollara çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tbilisi – Galt&Taggart” İnvestisiya Bankı məlumat yayıb.
Bankın dərc etdiyi həftəlik icmala əsasən, 2026-cı ilin mart ayında Gürcüstanın beynəlxalq valyuta ehtiyatları illik müqayisədə 46,5 faiz artaraq 6,3 milyard dollar təşkil edib.
Bununla belə, aylıq müqayisədə ehtiyatlarda azalma qeydə alınıb. Mart ayında göstərici 5,2 faiz və ya 343,4 milyon dollar azalıb. Bu azalma əsasən monetar qızılın dəyərinin ucuzlaşması, eləcə də hökumət və bank sektorunun valyuta əməliyyatları ilə izah olunur.
Bankın hesabatında qeyd edilir ki, 2026-cı ilin mart ayına olan vəziyyətə görə, monetar qızıl ümumi beynəlxalq ehtiyatların 16,7 faizini təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















