Icma.az
close
up
RU
Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun sərgisi açılacaq

Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun sərgisi açılacaq

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Noyabrın 5-də Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılacaq.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xalçatoxuma ənənələrinin güclü olduğu, azərbaycanlıların kompakt şəkildə yaşadığı Bolnisi bölgəsində təşkil edilən sərgidə sənətkarın 2024–2025-ci illərdə ərsəyə gətirdiyi 12 rəsm əsəri nümayiş olunacaq. Arif Hüseynovun milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik silsilə əsərlər kətan üzərində qarışıq texnikada çəkilib. Sərgidə rəssamın “İki qəlbin hekayəsi” əsəri əsasında toxunan xalça da təqdim ediləcək. Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan xalça 70 rəng çalarından istifadə olunaraq yaradılan mürəkkəb kompozisiyalı sənət nümunəsidir.

Qeyd edək ki, sənətkarın əsəri ilk dəfə xalça dilinə çevrilib. Xalçanın yaranma mərhələlərini əks etdirən əsərlər, həmçinin süni intellekt vasitəsilə yaradılan videoçarx vasitəsilə də təqdim olunacaq. Layihə çərçivəsində Bolnisi sakinləri və qonaqları üçün Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin əməkdaşları tərəfindən “Xalça necə yaranır?” ustad dərsi keçiriləcək. Onlar xalçanın hazırlanmasının bütün mərhələlərində – qoyunun qırxılması, yunun daranması, əyrilməsi və xalçanın toxunması proseslərində iştirak edəcəklər.

Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən sərgi dekabrın 5-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri