Icma.az
close
up
RU
Bolnisidə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Zamanın ilmələri adlı fərdi sərgisi açılıb

Bolnisidə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Zamanın ilmələri adlı fərdi sərgisi açılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Gürcüstanın Bolnisi rayonundakı Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Kamal Xəlilov, səfirliyin məsul əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze və digər rəsmi şəxslər, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Muzeyin foyesində quraşdırılmış tabloda rəssamın əl işləri vodeoformatda nümayiş etdirilib.

Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələr inkişaf edir. Onun sözlərinə görə, bu cür layihələr mədəni əlaqələrin inkişafına böyük töhfə verir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova ilk dəfə təşkil olunan sərginin açılışını yüksək qiymətləndirib. O, Milli Xalça Muzeyinin yaradılmasının tarixi zərurəti, əhəmiyyəti, xalçaçılıq sənətinin inkişafı perspektivləri barədə ətraflı məlumat verib.

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov çıxış edərək Gürcüstanda ilk dəfə fərdi sərgisinin açılmasına görə, təşkilatçılara təşəkkür edib.

Bildirilib ki, xalçatoxuma ənənələrinin güclü olduğu, azərbaycanlıların yığcam yaşadığı Bolnisi bölgəsində təşkil edilən sərgidə sənətkarın 2024–2025-ci illərdə ərsəyə gətirdiyi 12 rəsm əsəri nümayiş olunur.

Qeyd olunub ki, Arif Hüseynovun milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik silsilə əsərlər kətan üzərində qarışıq texnikada çəkilib.

Sərgidə rəssamın “İki qəlbin hekayəsi” əsəri əsasında toxunan xalça da təqdim edilib. Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan xalça 70 rəng çalarından istifadə olunaraq yaradılan mürəkkəb kompozisiyalı sənət nümunəsidir. Qeyd edək ki, sənətkarın əsəri ilk dəfə xalça üzərinə köçürülüb.

Layihə çərçivəsində Bolnisi sakinləri və qonaqları üçün Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin əməkdaşları tərəfindən “Xalça necə yaranır?” ustad dərsi keçiriləcək.

Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi, Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı, eləcə də bu ölkədəki səfirliyimizin dəstəyi ilə həyata keçirilən sərgi dekabrın 5-dək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see154

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri