Gürcüstanın iqtisadi vəziyyəti kifayət qədər yaxşılaşıb RƏY
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri mövzusunda çıxışı zamanı bildirib ki, ölkədə yaşayış izni alanlar arasında Azərbaycan vətəndaşları 6,3% ilə üçüncü yeri tutur. İlk pillədə isə Rusiya və Hindistan vətəndaşlarıdır "Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin vaxtilə Gürcüstanı tərk etmiş, hazırda Azərbaycan vətəndaşlığına malik olan və Gürcüstana qayıdanların olduğunu güman etmək olar", - Kobaxidze əlavə edib. Baş nazir qeyd edib ki, Gürcütanda 3 minə yaxın Azərbaycan vətəndaşı əmək miqrantı kimi qeydiyyata alınıb.
İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycandan Gürcüstana gedənlərin sayı çoxalıb. Həm orada yaşayış izni alanlarn, həm də əməkçi miqrant olaraq gedənlərin. Bu da 10-15 il əvvələ nisbətən bu ölkənin iqtisadiyyatının həddən artıq yaxşılaşmasıyla bağlıdır:
- Gürcüstanın iqtisadi vəziyyəti kifayət qədər yaxşılaşıb. Gürcüstanda həm orta aylıq əmək haqqı, təəssüf ki Azəbaycandakından yüksəkdir. Adambaşına düşən ümüdaxili məhsuluj həcmi də, orta aylıq əmək haqqı da yüksəkdir, iqtisadi inkişaf tempi də yaxşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 19 Fevral 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















