Icma.az
close
up
RU
Aİ Gürcüstanın daxili işlərinə kifayət qədər müdaxilə edib ŞƏRH

Aİ Gürcüstanın daxili işlərinə kifayət qədər müdaxilə edib ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Müasir beynəlxalq münasibətlər sistemi çoxvektorlu və ziddiyyətli proseslərlə xarakterizə olunur. Dövlətlərin xarici siyasət prioritetləri, təhlükəsizlik maraqları və geosiyasi hədəfləri tez-tez bir-biri ilə toqquşur. Xüsusilə böyük güclərin təsir dairəsi uğrunda rəqabəti kiçik və orta dövlətlərin daxili və xarici siyasətinə birbaşa təsir göstərir. Gürcüstanın son illərdə Avropa İttifaqı ilə bağlı narazılığı da məhz bu mürəkkəb geosiyasi dinamikanın bir parçasıdır.

Baş nazir İrakli Kobaxidzenin son açıqlamaları bu narazılığın mahiyyətini daha da aydınlaşdırır. Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-nin Avropanın daxili işlərinə qarışmaması barədə bəyanatlar versə də, Brüssel özü Gürcüstana münasibətdə suverenlik prinsipini davamlı şəkildə pozub. Kobaxidze bildirir ki, hazırda ABŞ administrasiyası Avropada baş verən prosesləri məhz Gürcüstan hökumətinin ötən il verdiyi qiymətlər kimi dəyərləndirir və bu, “Avropa bürokratiyasının xoşuna gəlmir”. Baş nazir hesab edir ki, Avropa İttifaqının mövqeyində açıq ikili standartlar görünür və Vaşinqtonun mövcud yanaşması Gürcüstanın illərdir səsləndirdiyi fikirlərlə üst-üstə düşür.

Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında siyasətdə birmənalı davranış mexanizminin olmadığını söyləyib: 

"Ölkələr və təşkilatlar çox vaxt özlərinin daxili işlərinə qarışılmasını istəmədiklərini bildirsələr də, eyni zamanda başqalarının daxili işlərinə müdaxilə edirlər. Bu baxımdan Gürcüstanın narazılığı müəyyən mənada haqlıdır. Həqiqətən də Avropa İttifaqı Gürcüstanın daxili işlərinə kifayət qədər müdaxilə edib və bunun nəticəsində Gürcüstanla İttifaq arasındakı problemlər daha da dərinləşib. Avropa İttifaqı ilə ABŞ arasındakı fikir ayrılıqları da əslində real və dərindəndir, üstəlik proses getdikcə daha da kəskinləşir. Xüsusilə Tramp administrasiyası dövründə bu fərqlər açıq şəkildə görünürdü. Əslində bunun baş verəcəyi əvvəlcədən də bəlli idi. Çünki Avropa İttifaqı ABŞ-nin müttəfiqi kimi görünsə də, Amerika uzun illərdir bu regionu təsir dairəsində saxlayır. “Rifah” adı altında ABŞ regionda öz təsirini qoruyub və indi isə bu təsiri yenidən artırmağa çalışır".

Politoloq hesab edir ki, Amerikanın Avropa üzərində hegemoniyası İkinci Dünya müharibəsi dövründə və sonrasında formalaşmağa başlayıb:

"Vaşinqton Avropa ölkələrinə silah, qida və digər yardımlar göstərir, bunun müqabilində isə ödənişlərin dollarla aparılmasını tələb edirdi. Beləliklə, həm iqtisadi, həm də maliyyə asılılığı formalaşdırmış oldu. Bu asılılıq illərlə davam edib. Avropanın vahid valyuta sistemi-avro mövcud olsa da, “dollar diplomatiyası” hələ də gücünü qorumaqdadır. Bu proses bu gün də davam edir. Son illərdə, xüsusilə Trampın hakimiyyətə gəlişindən sonra, ABŞ faktiki olaraq Avropanı seçim qarşısında qoyub. O, Avropa ölkələrindən Amerikanın silahlarını almağı tələb edir, əvəzində isə bu ölkələrin ərazilərindəki NATO, daha dəqiq ABŞ hərbi kontingentinin sayını azaltmaqdan danışır. Bu, müəyyən mənada paralel proses kimi görünür. Gürcüstan isə haqlı olaraq bildirir ki, Avropa İttifaqı başqalarından tələb etdiyini özü də yerinə yetirməlidir. Yəni ikili standartlar Gürcüstan üçün qəbulolunmazdır. Onlar bu iradlarında haqlıdırlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri