Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Prezident İlham Əliyevin diplomatiyasının uğurlu nəticəsi ŞƏRH

Prezident İlham Əliyevin diplomatiyasının uğurlu nəticəsi ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Şuşada baş tutan Azərbaycan Prezidenti İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın görüşü region və dünya siyasəti baxımından tarixi hadisə kimi dəyərləndirilə bilər. Bu görüş, sadəcə, iki dövlət arasında münasibətlərin möhkəmlənməsi deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun və Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin dünyada yüksək qiymətləndirilməsinin bariz göstəricisidir. BƏƏ Prezidentinin azad olunmuş Qarabağın mərkəzi - Şuşaya səfəri, ilk növbədə, Azərbaycanın haqq işinə verilən böyük dəstəkdir. Otuz illik işğaldan sonra Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və diplomatik ustalığı nəticəsində bərpa olunan tarixi ədalət artıq dünyanın ən nüfuzlu liderləri tərəfindən qəbul və təqdir olunur. Şuşada keçirilən görüş Azərbaycanın həm hərbi-siyasi gücünü, həm də beynəlxalq etimad ünvanına çevrilməsini nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafı və təhlükəsizliyi naminə mühüm addımlar atır.

Onun liderliyi nəticəsində:

-Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibi dövlətə çevrilmişdir;

-Enerji diplomatiyası sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş rolunu qazanmışdır;

-Qarabağın bərpası və reinteqrasiyası üzrə genişmiqyaslı layihələr həyata keçirilir;

-Regional əməkdaşlıq və sülh təşəbbüsləri dünya miqyasında yüksək qiymətləndirilir.

Məhz bu xidmətlərinə görə dövlətimizin başçısı beynəlxalq siyasi dairələrdə “regionun güclü lideri”, “qlobal enerji strategiyasının memarı” və “ədalətli sülhün tərəfdarı” kimi tanınır. Dünyanın aparıcı dövlətlərinin başçıları onun uzaqgörən siyasətini yüksək dəyərləndirir, Azərbaycanın seçdiyi inkişaf yoluna hörmətlə yanaşırlar. Şuşada imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu sənəd Azərbaycanla BƏƏ arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, ölkəmizin beynəlxalq siyasi nüfuzunu daha da gücləndirir. Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq Azərbaycanın yaşıl gündəminin uğurlu həyata keçirilməsinin nümunəsidir. “Masdar” şirkətinin Azərbaycana böyük sərmayələr yatırması, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq isə ölkəmizin müasir çağırışlara adekvat cavab verən, innovativ inkişaf yolunu seçmiş dövlət olduğunu bir daha göstərir.

“Prezident İlham Əliyevin fəaliyyəti beynəlxalq siyasi dairələrdə nümunəvi liderlik kimi qiymətləndirilir. Onun Qarabağ məsələsində sərgilədiyi prinsipial mövqe, sülh prosesinə verdiyi töhfələr, enerji təhlükəsizliyi sahəsində yaratdığı yeni reallıqlar və qlobal çağırışlara verdiyi cavablar Azərbaycanı dünya siyasi xəritəsində etibarlı tərəfdaş mövqeyinə gətirib. BƏƏ Prezidentinin Şuşada səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. O, Azərbaycanla əməkdaşlığın bütün sahələrdə genişlənməsinə maraq göstərməklə yanaşı, ölkəmizin regionda sülhün və sabitliyin təmin olunmasındakı rolunu da açıq şəkildə qeyd etdi. Bu, Azərbaycan Prezidentinin liderliyinə, onun beynəlxalq siyasətdə tutduğu mövqeyə verilən yüksək qiymətin ifadəsidir”, - deyə K.Qənbərov deyib.

Ekspertin sözlərinə görə, Şuşada baş tutan tarixi görüş və imzalanan sənədlər göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələ təkcə ölkəmizin iqtisadi gücünü deyil, həm də beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Dövlətimizin başçısının xidmətləri, siyasi iradəsi və liderlik keyfiyyətləri artıq təkcə Azərbaycan xalqı tərəfindən deyil, bütün dünya tərəfindən də yüksək qiymətləndirilir. Onun adı bu gün ədalətli siyasətin, güclü iradənin, strateji düşüncənin və müasir dövlətçilik nümunəsinin sinoniminə çevrilib. Şuşada atılan addımlar isə həm Azərbaycanın, həm də regionun gələcəyi üçün əbədi yol xəritəsi olaraq qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri