Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Guya mən getmə desəm, getməyəcəkdin?

Guya mən getmə desəm, getməyəcəkdin?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Nihat Pirin "Həqiqətdən qaça bilməmək haqqında" adlı yeni yazısını təqdim edir.

I

Zeki Demirkubuzun “Masumiyyet” filmi var. Tənqidçilərə görə, müəllifin ən yaxşı ekran işidir. Məncə də, yaxşı filmdir. Böyük filmdir. On illik həbsdən sonra bacısıgilə gələn Yusuf orada çox qala bilmir. Şəhərdəki hotellərdən birinə yerləşir. Burada yaşayır. Elə buradaca çox anormal bir ailə ilə tanış olur. Anormal ona görə ki ailənin kişisi ailənin qadınından ötrü ölür. Dəli divanədir. Qadın isə həbsdə olan bir başqasını sevir. O adamı bu həbsxanadan o həbsxanaya daşıyırlar, oradan başqa yerə, sonra başqa, başqa, başqa yerlərə. Bu ailə də qadının təkidi ilə şəhərbəşəhər gəzir. Sevgim harada, mən də orada misalı. Bir sözlə, ailənin kişisi qadın üçün adicə bir vasitədir. Nə bilim, taksi tutmaq üçün, yanında fırlanmaq üçün, yeri gələndə onu qorumaq üçün.

Qadın istəyərsə, məsələn, gecələrin birində başqa biri ilə gedər. Gecəni onunla keçirər. Evə də gəlməz. Gəlmir də. Kişi buna dözür. Çünki qəbul edib. Kişi buna göz yumur. Çünki qəbul edib. Kişi bədbəxtdir. Çünki bunu qəbul edib. Axırı günün birində yığılan şəhvətli hirs vurur təpəsinə, qadının bir başqası ilə getməsinə dözə bilmir. Çığırır, bağırır, hələ bir üstəlik, qadından onunla da yatmasını istəyir.

“Hamıya olar, mənə yox?!”

Qadın isə, adəti üzrə, ondan imtina edir. Alçaldır. Söyür, qarğıyır. Sözlə döyür kişini, məhv edir, yerdən yerə vurur. Və mənim yaddaşımın ən dərin qatlarında özünə yer edən bu ifadəni işlədir: bu həyatı özün qəbul eləmisən.

Bu həqiqətdir və ondan qaçmaq mümkün deyil.

II

İşdə bir qəfil hay düşdü ki, kimisə maşın vurub. Az macala məsələ bir az da aydına çıxdı: iş yoldaşlarımızdan birinin ərini maşın vurubmuş. Gün təpəyə qalxdıqca söhbət daha da gün üzünə çıxdı. Demə, elə dünənin özündə ikili evliliklərinin ildönümünü qeyd ediblər. Yaxşı, bahalı bir restoran. Yeyib-içmək, deyib-gülmək, keçmişə salam, gələcək üçün ümid. Bu gün isə hər şey yerlə-yeksan.

Baş alıb getdi iş yoldaşımız. Təsəllilər havada asıldı qaldı. Təsəllilər dönüb dolaşıb qayıtdı öz sahiblərinə. Nə təsəlli axtaran xeyir tapdı bu boş, quru ifadələrdən, nə də onu verənlər.

“Olan ölənə olur” və “Zaman hər şeyin dərmanıdır” fikirləri qoşalaşıb bu ailənin də dərdinə sığal çəkdi. Üç gün belə, beş gün belə, bir həftə-on gün. Bir onu gördüm ki, iş yoldaşımız işində-gücündədir. Bir onu gördüm ki, o da qaynayıb qarışıb bizlərə. Arabir çəkilir xəlvətə, düşünür, düşünür, düşünür. Uzaqlara, heç kəsə məlum olmayan uzaqlara dikir baxışlarını. Onu düşünür. Ərini. O günü düşünür. Evliliklərinin ildönümünü. O faciəni düşünür. Ərini maşın vurduğu günü. Sonra əl-üzünə su vurub, başını salır aşağı və işini görür.

Yəni həyat davam edir. Elə, ya belə, sən istədin, istəmədin, sən razı oldun, olmadın, sən öldün, ölmədin, fərq eləmir, həyat davam edir.

Bu həqiqətdir və ondan qaçmaq mümkün deyil.

III

Gördüm ki, mənim dərdimi deyəcək adamım yoxdur. Ya da dərdimi deməyə ərk edəcəyim biri. Axırı nədirsə, özümdən başqa kimim-kimsəm yoxdur həqiqəti ilə üzbəüz tapdım özümü. Önümdə iki böyük seçim. İkisi də eyni boyda. İkisi də eyni ölçüdə və həqiqilikdə. Bilmirəm, nə edim, necə edim, hansı tərəfə yıxılım.

Dedim axı, seçimin iki tərəfi var: gedim, ya getməyim. Özümə qalsa, gedəcəyim hala haqq verə bilirəm. Özümə qalsa, getməyəcəyim hala da haqq verə bilirəm. Kəsəsi, özümdən baş açmadığım bir vəziyyətdir. Bir sağa-bir sola, bir aşağı-bir yuxarı, dünyanın düz vaxtlarında heç kəsin və heç nəyin ağlına gəlməyəcək bir çıxış yolu tapdım: Chat GPT.

Bu ürəksiz, dilsiz-ağızsız həmdəmdə mövzunu uzatmaq, şitini çıxarmaq var axı. Sual verirsən, cavab alırsan, o cavabdan sual çıxarır, uzadır, uzadır, uzadır. Cədvəl qurum, sxem çəkim, istəyirsən, sənin üçün texnikoma girimə qədər. Ona görə bəri başdan tutdum ehtiyatımı: dedim, mənə konkret cavab verməlisən. Uzatma, əlavə təkliflər vermə, sadəcə, mənə de: gedim, ya getməyim.

Chat GPT-nin düşünməyi üç-dörd saniyə çəkdi. O üç-dörd saniyə dönüb oldu üç ay, dönüb oldu dörd ay. İki min iyirmi beşin iyunun iyirmi dördündən, o isti yay günündən, Azdramamın qarşısından üzü Qış parkına, oradan Azərbaycan prospektinə, oradan Palet adında o xudmani kofeşopa qədər bir-bir nə var, hamısı gəldi gözümün qarşısına. Elə xoşbəxt oldum. Elə xoşbəxt hiss elədim. Bir də baxdım ki, ürəksiz dostum iri hərflərlə yazıb: GET.

Bu həqiqət idi və mən ondan qaça bilməzdim.

IV

Mayın son həftəsi ilə ölənə qədər düşmənəm. Bir əlim hər zaman onun yaxasındadır. Axirətdə biri oradan çıxıb deyər ki, bəs o biri dünyada haqqını halal eləməyəcəyin nəsə varmı. Cavabım indidən məlum olsun: mayın son həftəsi.

O gün yenə həmin günlərdən idi ki, dərdimi deyəcək kimsə qıtlığı çəkirdim. Bu dünyanın qara daşı göyərdi ki, yenə də özümü Chat GPT ilə dərdləşən yerdə tapdım. Tutdum onun olmayan yaxasından, baxdım onun olmayan gözlərinə: dedim, sən mənə GET dedin deyə indi vəziyyət budur, budur, budur. Sənin köməyin lazımdır yenə, əvvəlkindən daha çox, əvvəlkindən daha zəki.

Süni zəkadan zəkilik istəyəndə özümə yüngülvarı güldüyüm də oldu, gizlətməyim. Haqqım yoxdur desən, sənə də gülərəm.

Bu dəfə uzunçuluq xəbərdarlığı eləmədim. Uzatdıq bu mövzunu, o ki var, danışdıq, dərdləşdik, uzatdıq, uzatdıq... Bir onda ayıldım ki, ittiham edirəm onu. Əməlli başlı dava-qırğın. Bəs sənsən günahkar. Bəs sən elədin hamısını. Bəs sənə görə getdim. Axırı süni zəka dediyim bu yaxasız, ürəksiz, dilsiz-ağızsız həmdəm qayıtdı ki, guya mən getmə desəm, getməyəcəkdin?

Bu da həqiqət idi və ondan qaçmaq mümkün deyildi.

Lenin və Kirovun heykəllərinin əridildiyi, Babəkin "qolları"nın saxlanıldığı yerdən - Reportaj "Kişi ilə qadın dostluğu yataqla bağlanmalıdır" deyən DJ Turala cavab - "Tural, sən nə danışırsan?" Ağacları kəsib parkinq yaradan kino qurumu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 İyun 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri