Güzəştli krediti bu qaydada əldə edə bilərsiniz DETALLAR
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
İqtisadiyyat Nazirliyindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fondun güzəştli kreditlərindən yararlanmaq istəyən sahibkarlar ilk olaraq fondun müvəkkili olan banklara müraciət etməlidirlər:
"Müraciət zamanı banklar tərəfindən sahibkar haqqında ilkin araşdırma aparılır. Sahibkarla onun müvəkkil kredit təşkilatına təqdim edəcəyi biznes plan vasitəsilə ilkin tanışlıq olur. Bank güzəştli kreditin təyinatı üçün həmin şəxsin sənədlərini təsdiq etdikdən sonra Azərbaycan Biznesinin İnkişafı Fonduna müraciət edir. Fond da öznövbəsində sənədləri təsdiqlədikdən sonra onu banka geri göndərir və bank həmin sahibkara güzəştli krediti ayırır.
Girov və təminat məsələləri həmin müvəkkil kredit təşkilatları tərəfindən müəyyən olunur".
Qeyd edək ki, Fondun müvəkkil bankları siyahısına "Bank Respublika", "Paşa Bank", "Xalq Bank", "Expressbank", "VTB Bank Azərbaycan", "Ziraat Bank Azərbaycan" və "TuranBank" daxildir.
Onu da qeyd edək ki, mikrokreditlər 15 min manatdan 50 min manata qədər məbləğdə, 60 aya qədər təqdim olunur. Güzəşt müddəti kredit müddətinin yarısınadək müəyyən edilir. Kredit məbləğinin 50%-ə qədər hissəsi tikinti və təmir xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər. Kredit üzrə illik faiz dərəcəsi layihənin fəaliyyət sahəsindən asılı olaraq əsas əhəmiyyətli sahələrdə 7%-ə qədər, digər əhəmiyyətli sahələrdə isə 8 %-ə qədər təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün kreditin aşağı həddi 10 min manatdır və illik faiz dərəcəsi 5% təşkil edir.
Könül Vəliyeva
Baxış sayı:151
Bu xəbər 22 Oktyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















